Belçika millisində ciddi itki

Belçika millisinin aparıcı üzvlərindən olan Eden Azar zədələnib. Offside.com.az xəbər verir ki, “Çelsi”nin yarımmüdafiəçisi ayaq əzələsindən zədə alıb. Bu səbəbdən o, DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla görüşü və Rusiya ilə yoldaşlıq qarşılaşmasını buraxacaq.

Ramil azarkeşləri alqışladı – Video

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Jilina” Slovakiya çempionatında “Ruzemberok”u qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb. Offside.com.az xəbər verir ki, 20 yaşlı futbolçumuz 74-cü dəqiqədə oyuna daxil olub. O, qol vura bilməyib. Matçdan sonra R.Şeydayev də daxil olmaqla “Jilina”lı futbolçular verdiyi dəstəyə görə azarkeşlərə təşəkkür edib. Həmin anın və oyunun

Kaka sıradan çıxdı (FOTO)

“Orlando Siti”nin braziliyalı futbolçusu Kaka zədələnib. Offside.com.az Sportal.az-a istinadən xəbər verir ki, brazilyalı yarımmüdafiəçi “Nyu-York Siti” ilə matçda zədələnib. Kaka zədə səbəbindən 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Qeyd edək ki, 35 yaşlı oyunçu “Orlanda Siti”də meydana çıxdığı 53 matçda 18 qol vurub və 17 assist edib.

Qrizmanın yubiley qolu möhtəşəm alındı (Video)

Ötən gün "Deportivo" səfərində vurduğu qolla komandasına 1 xal qazandıran Antuan Qrizman üçün bu qol əlamətdar olub. Belə ki o La Liqa karyerasında yubiley 100-cü qolunu vurub. Həmçinin futbolçunun vurduğu qol da baxımlı alınıb. https://www.youtube.com/watch?v=svT5ahJA8Gk

“Mourinyo üstümə qışqırıb dedi ki…” – Özildən açıqlamalar

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil bu yaxınlarda işıq üzü görən avtobioqrafik kitabında “Real”da oynayan vaxt Joze Mourinyo ilə aralarındakı münasibətə toxunub. Offside.com.az xəbər verir ki, Özil qeyd edib ki, portuqaliyalı mütəxəssis onun oyunundan razı olmayıb: “Bir dəfə Mourinyo üstümə qışqırıb dedi: “Sən düşünürsən ki, 2 yaxşı ötürmə etmək yetərlidi? Sən fikirləşirsən ki, hamıdan

Amit Quluzadə 1 hissə oynadı

Amit Quluzadə AEL Larissanın heyətində növbəti oyununu keçirib. Offside.com.az Qol.az-a istinadən xəbər verir ki, həmyerlimizin klubu Yunanıstan çempionatının 22-ci turunda səfərdə AEK-in qonağı olub. Meydana start heyətində çıxan Quluzadə ilk yarıdan sonra əvəzlənib. Matç onun komandasının 0:3 hesablı yenilgisi ilə tamamlanıb. Qeyd edək ki, 22 turdan sonra 20 xalı olan AEL Larissa 14-cü

“Orda məndən tam fərqli oyun tələb olunur” – Dmitri Nazarov

“II Bundesliqada komandamın qazandığı penaltiləri mən yerinə yetirirəm və hamısını qola çevirirəm. Əgər özümə əmin olmasam, topu mənə verməzlər. Uşaqlar bunu bildikləri üçün penalti vurmaqla bağlı hansısa müzakirə olmur”. Offside.com.az Apasport.az saytına istinadən xəbər verir ki, bunu “Aue”nin formasını geyinən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib. II Bundesliqanın XXI turunda Braunşveyq

A Seriyasında ötən mövsümün ən yaxşı oyunçusu müəyyənləşib

İtaliya A Seriyasında 20152016 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib. Offside.com.az xəbər verir ki bu ada "Yuventus"un mərkəz müdafiəçisi Leonardo Bonuççi layiq görülüb. Qeyd edək ki, 2010-cu ildən "Yuventus"un heyətində çıxış edən 29 yaşlı müdafiəçi 212 oyunda 13 qol vurmağı bacarıb.

“Beşiktaş” eks hücumçunu qaytardı (RƏSMİ)

Offside.com.az xəbər verir ki son çempion "Beşiktaş" heyətini gücləndirib. 2014-2015 mövsümündə "qara qartallar"ın heyətində çıxış edən Demba Ba yenidən kluba qayıdıb. Müqaviləyə əsasən o mayın 31-nə kimi "Beşiktaş"ın heyətində icarə əsasında oynayacaq. 2015-ci ildə "Beşiktaş"ı tərk edən 31 yaşlı hücumçu "Şanxay Şenxua"da keçirdiyi 29 oyunda 20 qol vurmağı bacarıb.

“Real”ın eks futbolçusu rəsmən La Liqada

PSJ-in hücumçusu Xese Rodriqes yenidən La Liqada çıxış edəcək. Offside.com.az xəbər verir ki, ispaniyalı futbolçu “Las Palmas”a icarəyə verilib. O, mövsümün sonuna qədər İspaniya klubunda çıxış edəcək. Qeyd edək ki, 25 yaşlı futbolçu ötən ilin avqust ayında “Real”dan PSJ-yə transfer edilib. Futbolçu "PSJ"də çıxdığı 10 oyunda 1 qol vurmağı bacarıb.