İtaliyanın ən bahalı müdafiəçisi oldu

Milan”a transfer olunan Leonardo Bonuççi və “Fiorentina”nı “Yuventus”a dəyişən Federiko Bernardeski İtaliyanın ən bahalı futbolçularının siyahısına düşüblər. Offside.com.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, bu yay klublarını 40 milyon avro qarşılığında dəyişən adıçəkilən futbolçular ölkənin ən bahalı oyunçuları sırasında üçüncü yeri bölüşdürürlər. Bonuççi eyni zamanda ən bahalı italyan müdafiəçi adına da sahib

“Kostanı yanvardan satmağa qərar vermişəm”

"Çelsi"nin futbolçusu Dieqo Kostanın yeni mövsüm London klubunda oynamayacağı dəqiqləşib. Offside.com.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Antonio Konte məlumat verib. O bildirib ki, ispan hücumçunu hələ yanvar ayından satmaq qərarına gəlib: "Kostanın komandadakı taleyi hələ yanvardan aydın idi. Bu barədə həm ona, həm də agentina bildirmişdim. Mənim

Çili millisinin üzvü “Fənərbaxça”da

“Fənərbaxça” “Kalyari”nin futbolçusu Maurisio İslanın transferini rəsmiləşdirib. Offside.com.az-ın İstanbul klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 29 yaşlı cinah müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb. Transferin məbləği haqda məlumat verilməyib. Qeyd edək ki, Çili millisinin üzvü ötən il “Kalyari” ilə 29 oyunda 1 qol vurub, 7 qol ötürməsi edib.

Kamran Ağayev Çexiya klubunda

Millimizin qapıçısı Kamran Ağayevin yeni klubu müəyyənləşib. Offside.coma.az Qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı qolkiper Çexiyanın "Mlada Boleslav" klubunda çıxış edəcək. Bu barədə klubun idman direktoru Duşan Uqrin məlumat verib. O bildirib ki, K.Ağayevlə razılığa gəlibLƏR. Bu gün millimizin qapıçısının Çexiya klubuna keçidinin rəsmiləşəcəyi gözlənilir. Qeyd edək ki, K.Ağayev son olaraq

Bundesliqadan Premyer Liqaya

“Bayer”in hücumçusu Xavyer Ernandes karyerasını yenidən İngiltərədə davam etdirməyə yaxındı. Offside.com.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi “Vest Hem” meksikalı hücumçunun xidmətində maraqlıdı.   Bu barədə Britaniya mətbuatı xəbər yayıb. Xəbərdə “çəkicdöyənlər”in Çiçarito ləqəbli hücumçunun transferi üçün Leverkuzen təmsilçisinə 13 milyon avro təklif etdiyi, almanların isə 17 milyon avro tələb etdikləri qeyd

“Roma” hücumçu aldı

"Roma” heyətinə yeni oyunçu cəlb edib. Offside.com.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, “Sassuolo”nun hücumçusu Qrequar Defler gələn mövsüm icarə əsasında paytaxt təmsilçisində çıxış edəcək. “Canavarlar” bu keçid üçün “Sassuolo”ya 5 milyon avro ödəyib. Qeyd edək ki, 2015-ci ildən “Sassuolo”da çıxış edən fransalı futbolçu 62 oyuna 20 qol vurub.

“Neftçi”də rəsmi ayrılıq

Georgi Navalovski “Neftçi” ilə yollarını rəsmən ayırıb. Offside.com.az xəbər verir ki, bu barədə xəbəri klubun rəsmi Feysbuk səhifəsi məlumat verib. Gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Navalovskiyə komandadakı xidmətlərinə görə, təşəkkür edib. Qeyd edək ki, ötən ilin dekabrında “Neftçi”yə keçən 31 yaşlı futbolçu karyerasını Rusiya Premyer Liqasında çıxış

“Bavariya”nın ulduzu nəhənglərin hədəfində

“Bavariya”nın hücumçusu Tomas Müller tezliklə klubunu dəyişə bilər.  Offside.com.az xəbər verir ki, Avropanın bir sıra nəhəng klubları onun xidmətində maraqlıdır.  Xüsusən də “Liverpul”, “Çelsi”, “Arsenal” və “Yuventus” Almaniya yığmasının üzvünü heyətində görmək istəyir. Müllerin mümkün gedişi ilə bağlı xəbəri şərh edən “Bavariya”nın baş direktoru Karl-Haynts Rummenige deyib: “Tomas satılmır. O, “Bavariya”da

Alvaro Morata rəsmən “Çelsi”də

“Real”ın hücumçusu Alvaro Morata “Çelsi”yə keçib. Offside.com.az xəbər verir ki, bu barədə hər iki klub rəsmi məlumat yayıb. İspaniya mətbuatında çıxan xəbərlərdə 24 yaşlı oyunçunun London klubuna 85 milyon avroya başa gəldiyi yazılıb. Yaxın günlərdə Morata “Real”ın Los-Ancelesdəki düşərgəsini tərk edib “zadəganlar”a qoşulacaq. Qeyd edək ki, 85 milyon avro bir ispaniyalı