“Qalatasaray” Bursa səfərində vurduğu gözəl qollarla qalib gəldi (Video)

Türkiyə Superliqasında 6-cı turun oyunları davam edir. Offside.com.az xəbər verir ki, ötən gün daha 4 görüş keçirilib. “Qalatasaray” səfərdə milli komandamızın üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor”unn qonağı olub. Görüş “cim-bom”un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Dəniz Yılmaz bu oyunda iştirak etməyib.

Trabzonda dramatik oyun (VİDEO)

Türkiyə Superliqasında 6-cı tura start verilib. Offside.com.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş keeçirilib. “Trabzonspor” öz meydanında “Alanyaspor”la qarşılaşıb. Oyun dramatik sonluqla nəticələnib. Meydan sahibləri 3:0 hesabı ilə öndə olsalar da, qonaqlar 4 qol vuraraq qələbə qazanıb. Bu nəticədən sonra "Trabzonpor" 8 xalla 9-cu, "Alanyaspor" isə 7 xalla 11-ci pillədə qərarlaşıb.

Terim federasiyadan 3.5 milyon avro tələb etdi

Türkiyə millisinin sabiq baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasına (TFF) xəbərdarlıq edib. Offside.com.az-ın "Hüriyyət"ə istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis rəsmi müraciət edərək, bu ilin iyulunda müqaviləsi ləğv olunduğu üçün 1 illik maaşının ödənilməsini istəyib. 64 yaşlı məşqçinin 2013-cü ildə imzaladığı 5 illik müqavilədə onun illik maaşı 3.5 milyon

Sərgən Yalçın istefa verdi

Türkiyə birinci liqasında çıxış edən “Əskişəhərspor”un baş məşqçisi Sərgən Yalçın istefa verib. Offside.com.az-ın məlumatına görə, Türkiyə millisinin sabiq üzvü ölkə kubokunun “Ərzincanspor”la oyunundan öncə qərarını açıqlayıb. O, “A Spor”a açıqlamasında istefasının səbəbi kimi klub rəhbərliyinin verdiyi sözləri yerinə yetirməməsini göstərib. Qeyd edək ki, Sərgən Yalçın yay fasiləsində “Əskişəhərspor”a keçmişdi. Komanda

Dəniz Yılmaz dubl etdi, “Bursaspor” mərhələ adladı – Video

Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir. Offside.com.az-ın məlumatına görə, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi “Bursaspor” öz meydanında “Tarsus İdmanyurdu” ilə qarşılaşıb. Bursalılar 4:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb. Oyuna start heyətində çıxan Dəniz Yılmaz 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. https://youtu.be/GQIblW5Vn-Y

Qərarlar məlum oldu-Bakı hansı finala ev sahibliyi edəcək?

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən toplantıda yeni mövsüm üçün avrokubok finallarının baş tutacağı ölkələr müəyyən olunub. 2018/2019 mövsümündəə Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda (BOS) keçiriləcək. Offside.com.az xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Çempionlar Liqasının finalı isə Madriddəki "Metropolitano" stadionunda olacaq. 2019-cu ildə UEFA Super Kuboku

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası

Türkiyə Superliqasında daha bir baş məşqçi istefası reallaşıb. Offside.com.az-ın “BeİN Sports”a istinadən yaydığı xəbərə görə, “Antalyaspor”un baş məşqçi Rıza Çalımbay komandadan ayrılmaq qərarına gəlib. 54 yaşlı mütəxəssisin bu gün təşkil olunacaq mətbuat konfransında ayrılıq qərarını açıqlayacağı gözlənilir. Qeyd edək ki, Superliqada bu mövsüm 5 oyunun heç birində qələbə qazana bilməyən “Antalyaspor” turnir