Ramil Şeydayev Danimarkaya gedir

Bu gün Çempionlar Liqasının 2016/17 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması keçirilib. Offside.com.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina”nın da rəqibi bəlli olub. Mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq Slovakiya çempionu Danimarkanın “Kopenhagen” klubuna rəqib olub. Komandalar arasında ilk oyun Slovakiyada, cavab matçı isə Danimarkada olacaq. Qeyd edək ki, II təsnifat

Ramil Şeydayevin dublu (Video)

Slovakiya Fortuna Liqasında 2016/2017 mövsümünə yekun vurulub. Offside.com.az xəbər verir ki, sonuncu - 33-cü turda millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina” “Podbrezova”nı qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ramil Şeydayev bu oyunda 7 dəqiqəyə 2 qol vurmağı bacarıb.

Daha bir çexiyalı futbolçu intihar etdi

Daha bir çexiyalı futbolçu intihar edib. Offside.com.az Sportal.az-a istinadən xəbər verir ki, ölkənin “Banik” və “Viktoriya” klublarında oynamış David Bıstron öz canına qəsd edib. 35 yaşlı futbolçu evində özünü asıb. Məlumata görə, onun maliyyə problemləri və ailəsində münaqişə olub. Təxminən bir ay əvvəl daha bir çexiyalı futbolçu - Frantişik Raykorol da intihar

Belçikada çempion məlum oldu

Belçika Pro Liqasında çempionun adına aydınlıq gəlib Offside.com.az xəbər verir ki, çempionluq qrupunun 9-cu turunda "Anderlext" "Şarlerua"nın qonağı olub. Oyunda qonaqlar 3:1 hesablı qələbə qazanıb. Bu nəticədən sonra "Anderlext" sona bir tur qalmış çempionluğunu rəsmiləşdirib. "Anderlext" tarixində 34-cü çempionluğunu yaşayıb. sportal.az

Ramil Şeydayev növbəti qolunu vurdu (Video)

Millimizin futbolçusu Ramil Şeydayev Slovakiyada növbəti qolunu vurub. Ramil bu dəfə "Jilina"nın ikinci komandasının  "Liptovski-Mikulaşa" ilə keçirdiyi oyunda (4:2) fərqlənib. Millimizin hücumçusu 67-ci dəqiqədə komandasının üçüncü qolunu vurub. Qarşılaşma isə 4-2 hesabı ilə yekunlaşıb.

Maradona baş məşqçiliyə qayıtdı

Dieqo Maradona beş illik fasilədən sonra məşqçiliyə qayıdıb. Offside.com.az Sportal.az-a istinadən xəbər verir ki, əfsanəvi argentinalı Birləşmiş Ərəb Əmirlikləri 2-ci liqasında yarışan “Əl Fucayra” klubunun baş məşqçisi təyin edilib. Maradona ilə 1 illik müqavilə imzalanıb. 56 yaşlı mütəxəssis son olaraq 2011-12 mövsümündə Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” komandasını çalışdırmışdı.

“Şaxtyor” Ukrayna çempionu oldu (Video)

“Şaxtyor” növbəti dəfə Ukrayna çempionu olub. Offside.com.az xəbər verir ki, dünən “Zarya”ya 3:2 hesabı ilə qalib gəlın Donetsk təmsilçisi Premyer Liqanın başa çatmasına 4 tur qalmış qalib adını rəsmiləşdirib. Qeyd edək ki, bu, klubun Ukrayna çempionatında 10-cu çempionluğudur.

Ramil Şeydayev Slovakiyada növbəti qolunu vurdu (Video)

Millimizin və "Jilina"nın hücumçusu Ramil Şeydayev Slovakiya çempionatında ikinci qolunu vurub. Slovakiya çempionatının 29-cu turunda hücumçumuz "Trençin"lə matçın 21-ci dəqiqəsində fərqlənib. Qeyd edək ki, “Jilina”  ötən turdan çempionluğu rəsmiləşdirib. https://www.youtube.com/watch?v=_8Rsp-qVuqE

Ardıcıl 7-ci çempionluq

Yunanıstan seperliqasında 2016/2017  mövsümünün qalibi bəlli olub. Offside.com.az xəbər verir ki, "Olimpiakos" mövsümün sonuna  bir tur qalmış çempinluğunu rəsmiləşdirib. Öz meydanında "Giannina"ya 5:0 hesabı ilə qalib gələn Takis Lemonisin komandası ən yaxın izləyisi POAK-la 6 xallıq fəqi qoruyub. Bununla da Pirey təmsilçisi ardıcıl 7-ci, ümumilikdə 29-cu çempionluğunu qeyd edib. qol.az