“İnter” əlavə vaxtda qalib gəldi (video)

"İtaliya Kuboku"nda "İnter" və "Bolonya" klubları üz-üzə gəldi. Oyunun əsas vaxtı 2-2 hesabı ilə yekunlaşdı. Əlavə vaxtda Kandrevanın vurduğu qolla Milan təmsilçisi 3-2 qalib gələrək növbəti mərhələyə adladı.

“Arsenal” Sançezin əvəzləyicisini tapıb

"Arsenal" klubu "Milan"ın hücumçusu M'Baye Nianqı transfer etməyi planlaşdırır. Bu haqda xəbəri "Mundo Deportivo" yayəb. İngilislər Nianqa yayda klubdan gedəcəyi deyilən Aleksis Sançezin ən layiqli əvəzləyicisi kimi baxırlar. Oyunçunun "Milan"la hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.

“Real” və “Barsa”ya keçə bilərdim, rədd etdim”

"Mançester Yunayted"in futbolçusu Pol Poqba "Real" və "Barselona" kimi klubların təklifini rədd edib. Offside.com.az xəbər verir ki, bu barədə fransalı yarımmüdafiəçinin özü məlumat verib. O, "Mançester Yunayted"ə keçmək üçün sözügedən klubların təklifini müsbət cavablandırmadığını deyib: "Mançester Yunayted"i keçdim. Çünki hədəflərim var. "Real" və "Barsa"ya keçə bilərdim. Mənimlə maraqlanırdılar. Ancaq seçimim "Mançester Yunayted"

“Milan”dan Turində geridönüş gəldi (Video)

İtaliya A Seriyasında 20-ci tura 1 oyunlar yekun vurulub. "Torino" klubu doğma meydanda "Milan"ı qəbul edib. Offside.com.az xəbər verir ki, oyunun gedişində 2-0 hesabı ilə irəli çıxan turinlilər qələbə hesabını qoruya bilməyib. 2-ci hissə "Milan" 2 qol vuraraq bərabərliyi təmin edib.

“Yuve” “bənövşəyilər”lə bacarmadı (video)

"A Seriyası"nda turnir cədvəlinə başçılıq edən "Yuventus" 20-ci turda Florensiyaya səfər etdi. Ev sahiblərinin böyük üstünlüyü şəraitində keçən bu matçda "qoca sinyora" məğlubiyyətdən qaça bilmədi: 2-1

“İnter”dən növbəti qələbə (Video)

İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilir. Son zamanlar uğurlu seriya yaxalayan "İnter" doğma meydanda "Kyevo"nu qəbul edib. Offside.com.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3-1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə "İnter" turnir cədvəlinin 5-ci pilləsinə qalxıb.