PSJ-nin növbəti hədəfi – Donnarumma

Son illər ulduz transferləri ilə diqqət çəkən PSJ ənənəsinə sadiq qalmaq niyyətindədi. Offside.com.az xəbər verir ki, Fransa təmsilçisinin növbəti hədəfi qapı xətti ilə bağlıdı. Belə ki, Alfonse Areolanın çıxışından məmnun qalmayan parislilər “Milan”ın qolkiperi Canluici Donnarummaya “elçi düşüb”. Gənc qapıçının anlaşmasında sərbəst qalma məbləğinin olmaması bu keçidə əngəl yaratsa da, maliyyə

SON DƏQİQƏ: Avroliqada 1/16 final mərhələsinin püşkü atıldı

Çempionlar Liqasının ardınca bu gün UEFA Avropa Liqasında da püşkatma mərasimi keçirilib. Offside.com.az cütlükləri təqdim edir: "Borussiya Dortmund"-"Atalanta" "Nitsa"-"Lokomotiv" Moskva "Kopenhagen"-"Atletiko" Madrid "Spartak" Moskva-"Atletik" Bilbao "AEK"-"Dinamo" Kiev "Seltik"-"Zenit" "Napoli"-"Leypziq" "Srvena Zvezda-"CSKA" Moskva "Lion"-"Vilyareal" "Real" Sosyedad"-"Zalsburq" "Partizan"-"Viktoriya" Plzen "Milan"-"Ludoqorets" "Styao" Buxarest-"Latsio" "Astana"-"Sportinq" Lissabon "Ostersund"-"Arsenal" "Olimpik" Marsel-"Braqa" Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları gələn il fevralın 15-də, cavab matçları isə 22-də keçiriləcək.

SON DƏQİQƏ: Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Offside.com.az xəbər verir ki, reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar. "Yuventus"-"Tottenhem" "Bazel"-"Mançester Siti" "Portu"-"Liverpul" "Sevilya"-"Mançester Yunayted" "Real" Madrid-"PSJ" "Şaxtyor"-"Roma" "Çelsi"-"Barselona" "Beşiktaş"-"Bayern" Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də

Günün matçları: hansı oyun, hansı kanalda? TV AFİŞA

Bu gün dünyanın müxtəlif ölkələrində oyunlar keçiriləcək. Offside.com.az sizi canlı yayımlanacaq qarşılaşmaların siyahısı ilə tanış edir:   Azərbaycan kuboku 14:00 Keşlə - Kəpəz - CBC Sport 16:00 Zirə - Neftçi - CBC Sport   İspaniya La Liqası 15:00 Real Sosyedad - Malaqa - beİN Sports 2 19:15 Betis - Atletiko - beİN Sports 2 21:30 Levante - Atletik - beİN

Şimali Koreya diktatorunun Dibala planı

İtaliyalı senator Antonio Ratsi maraqlı açıqlamalarla diqqət mərkəzinə düşüb. Offside.com.az xəbər verir ki, Şimali Koreya dövlətinin lideri Kim Çen İnlə dostluq edən siyasətçi onun futbola olan maraqlarından danışıb. Ratsi bildirib ki, koreyalı diktator uzun müddətdir ki, “İnter” azarkeşidir. O, İsveçrədə təhsil aldığı müddətdə tez-tez Milana, sevimli komandasını izləməyə gedirmiş. Maraqlıdır ki, Kim

“Milan” Çalhanoğlunu göndərir

"Milan” qış fasiləsində bir neçə futbolçusu ilə yollarını ayırmağı planlaşdırır. Offside.com.az xəbər verir ki, “rossonyerlər” maliyyə feyr-pley qaydalarını pozmamaq üçün buna əl atmaq məcburiyyətindədi. Əks təqdirdə, UEFA İtaliya klubunu cəzalandıracaq. Bunu nəzərə alan milanlılar iki futbolçunu icarəyə vermək barədə düşünürlər. Komandadan göndərilməsi planlaşdırılan futbolçular Hakan Çalhanoğlu və Andre Silvadı. Mövsümün əvvəlində 38

“Mançester Yunayted”dən rekord transfer: 218 milyon

"Mançester Yunayted" transfer bombasına hazırlaşır. Offside.com.az xəbər verir ki, Mourinyonun komandası "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç üçün etməyə hazırlaşdığı təklifin dəyəri açıqlanıb. İddia olunur ki, Mançester klubu baş məşqçi Joze Mourinyonun israrla istədiyi serb futbolçu üçün "Latsio"ya 95 milyon funt-sterlinq (təxminən 217 milyon 883 min manat) təklif etməyə hazırlaşır. Roma klubu bu

Türkiyəli futbolçu “Yuventus”la anlaşdı

“Liverpul”un yarımmüdafiəçisi Əmrə Can İtaliyaya köçməyə hazırlaşır. Offside.com.az xəbər verir ki, Almaniya millisinin üzvünün “Yuventus”la danışıqları müsbət nəticələnib. Belə ki, “qoca sinyora”nın 5 illik müqavilə təklifini qəbul edən Türkiyə əsilli oyunçu mövsümün sonunda “Liverpul”u pulsuz tərk edə bilər. Çünki 23 yaşlı orta sahə oyunçusunun müqavilə müddəti yaya qədərdi. Tərəflər arasındakı razılığa

“Yuventus”da ciddi itki

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya A seriyasının 16-cı turunun "İnter"lə oyununu buraxacaq. Offside.com.az xəbər verir ki, təcrübəli qolkiperin adı zədə səbəbindən sözügedən qarşılaşma üçün iştirak ərizəsinə daxil edilməyib. Qeyd edək ki, "Yuventus" - "İnter" matçı bu gün keçiriləcək.