“Monako” darmadağınlara daha birini əlavə etdi (Video)

Fransa çempionatında 21-ci turun oyunları keçirilir. Çempionluğa iddialı "Monako" doğma meydanda "Loryan"ı qəbul edib. Offside.com.az xəbər verir ki, bu mövsüm böyükhesablı qələbələrinə öyrəşdiyimiz "knyazlar" bu dəfə də ən-ənəni pozmayıblar. 4-0 hesablı qələbə qazanan "Monako" 48 xalla turnir cədvəlinə başçılıq edir.

Di Mariya “PSJ”ni tərk etməyəcək

PSJ-nin futbolçusu Anxel di Mariya Çin klubuna keçəcəyi iddialarına münasibət bildirib. Offside.com.az xəbər verir ki, o, Paris təmsilçisində qalacağını deyib: "PSJ ilə daha 2 illik müqaviləm var. Mən və ailəm Parisdə xoşbəxtik. Müqaviləmin müddəti başa çatana kimi PSJ-də qalacam. Bəziləri pula görə Çinə gedir. Ancaq mən burada qalmağı üstün tutdum. PSJ ilə

Depay rəsmən “Lion”da!

Memfis Depay rəsmən "Olimpik" Lionun futbolçusu oldu. "Mançester Yunayted" klubunda heç cür əsas heyətdə özünə yer tapa bilməyən holland futbolçunun transferi fransız klubuna 16 milyon avroya başa gəldi. "Qırmızı şeytanlar" istənilən vaxt oyunçunu yenidən transfer edə bilərlər. Qeyd edək ki, Depay yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Bernardo Silva üçün İngiltərə nəhəngi 70 milyon funt-sterlinq təklif edir

"Monako"nun yarımmüdafiəçisi Bernardo Silva növbəti mövsümdən etibarən karyerasını İngiltərədə davam etdirə bilər. Portuqaliyalı ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır. "Qırmızı şeytanlar" yayda oyunçu üçün 70 milyon funt-sterlinqə heyətinə qatmağı planlayır. Silvanın hazırkı klubu ilə müqaviləsi 2020-ci ildə başa çatacaq.

“Liqa-1″də 21-ci turun oyunları

Bu gecə "Liqa-1"də 21-ci turun oyunları start götürür. Turun proqramı belədir: 20 yanvar 23:45 "Bastiya" - "Nitsa" 21 yanvar 20:00 "Nant" - "PSJ" 23:00 "Kan" - "Nansi" 23:00 "Bordo" - "Tuluza" 23:00 "Metz" - "Monpelye" 23:00 "Dijon" - "Lille" 23:00 "Genqam" - "Renn" 22 yanvar 18:00 "Monako" - "Loryan" 20:00 "Sent-Etyen" - "Anje" 00:00 "Olimpik" Lion - "Olimpik" Marsel

“Monako” Çinin 50 milyon avroluq təklifini rədd etdi

"Monako" kolumbiyalı futbolçusu Radamel Falkao üçün Çinin "Tyançzin Çyançzyan" klubunun təklifini rədd edib. Offside.com.az xəbər verir ki, fransızlar Çin klubunun 50 milyon avroluq təklifinə razı olmayıb. Qeyd edək ki, 30 yaşlı kolumbiyalı hücumçu cari mövsüm Fransa Liqasında 14 oyuna 12 qol vurub və 4 məhsular ötürmə edib.

“Monako” liderliyə yüksəldi (video)

"Liqa-1"də turun mərkəzi görüşündə "Marsel" və "Monako" klubları üz-üzə gəldi. Oyundan qonaqlar 4-1 hesablı qələbə ilə ayrıldılar. Bu qələbə "knyazlar"ı turnir cədvəlində liderliyə yüksəltdi.

“Nitsa” autsayderlə bacarmadı (video)

"Liqa-1"in lideri "Nitsa" 2-ci dövrənin ilk turunda vacib 2 xal itirdi. Autsayder "Metz"lə qarşılaşan ev sahibləri 90 dəqiqə boyunca rəqibinin müqavimətini qıra bilmədi: 0-0