Avropa liqalarının braziliyalı bombardirləri

Hazırda braziliyalı qolçu Vaqner Lav Türkiyə çempionatında bombardirlik yarışında zirvədədir. Bu yazımızda sizlərə 1990-cı ildən bəri Avropanın öndə gedən çempionatlarında bombardir olmuş braziliyalə hücumçuları təqdim edirik. MARSİO AMOROSO | 1998-99 A Seriyası bombardir | "Udineze" | 22 qol MARSİO AMOROSO | 2001-02 Bundesliqa bombardir| "Borussiya" Dortmund | 18 qol CİOVANE ELBER | 2002-03 Bundesliqa

“Bavariya”dan “Leyptsiq”lə oyunda möhtəşəm “comeback” (Video)

Almaniya Bundesliqasında 33-cü turun oyunları keçirilib. Artıq çempionluğu təmin etmiş "Bavariya" 2-ci pillədə qərarlaşan "Leyptsiq" səfərinə yollanıb. Qol yağışının yağdığı oyunda möhtəşəm "comeback" yaşanıb. 84-cü dəqiqəyə kimi 4-2 geri olan münxenlilər 3 qol vuraraq 5-4 hesablı qələbəyə seviniblər.

Növbəti İngiltərə – Almaniya dueli

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibi Almaniya İngiltərə ilə yoxlama oyunu keçirəcək. Offside.com.az xəbər verir ki, qarşılaşma noyabrda Londonun "Uembli" stadionunda keçiriləcək. Bu, sözügedən komandalar arasında son bir il yarım ərzində oynanılacaq üçüncü yoxlama görüşü olacaq. Qeyd edək ki, ötən ilin martında İngiltərə Berlində Almaniyaya 3:2 hesabı ilə qalib gəlib. Bu ilin martında

Renat Dadaşovdan daha 2 qol

Almaniya Gənclər Bundesliqasının Cənub zonasında 27-ci turun oyunları keçirilib. Offside.com.az xəbər verir ki, millimizin Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası “Offenbax”lı həmyaşıdları ilə qarşılaşıb. Matç frankfurtluların 6:0 hesablı qələbəsi ilə başa çatıb. R.Dadaşov dubla imza atıb. O, 9-cu və 26-cı dəqiqələrdə fərqlənib. qol.az

“Leyptsiq” “Herta”ya şans vermədi (Video)

Bundesliqada 32-ci turun oyunları davam edir. Çempionlar Liqasına vəsiqəni təmin edən "Leyptsiq" bu turda "Herta" Berlinin qonağı olub. Qarşılaşma qonaqların inamlı qələbəsi ilə başa çatıb. (1-4)

Renat “Bavariya”ya qol vurdu

Millimizə cəlb olunan Renat Dadaşov  “Ayntraxt”ın U-19 komandasında növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, Frankfurt təmsilçisi öz meydanında “Bavariya”nın U-19 komandasını qəbul edib. Görüş “Ayntraxt”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Dadaşov 34-cü dəqiqədə komandaısının ikinci qolunu vurub. Qeyd edək ki, bu oyundan sonra xalını 36-a çatdıran "Ayntraxt" turnir

Çin millisindən Lövə 50 milyon avro

Çin Futbol Federiyası Almaniya millisinin baş məşqçisi Yoahim Lövə təklif göndərib. Offside.com.az xəbər verir ki, qurum 57 yaşlı mütəxəssisə ümumilikdə 50 milyon avro qazanacağı 2 illik müqavilə təklif edib. Qeyd edək ki, Y.Lövün Almaniya millisi ilə müqaviləsi 2020-ci ilin iyulunda başa çatır. qol.az

Bundesliqada “qol yağışı” (Video)

Almaniya Bundesliqasında 32-ci tura start verilib. Offside.com.az xəbər verir ki, turun açılış matçı məhsuldar alınıb. Öz meydanında “Verder”i qəbul edən “Köln” meydandan 4:3 hesablı qələbə ilə ayrılıb.

“PSJ” yeni hücumçu alır

"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq futbolçu karyerasını PSJ-də davam etdirməyə yaxındır. Offside.com.az xəbər verir ki, Paris klubunun idman direktoru Patrik Klüyvert qabonlu oyunçu ilə görüşüb və onunla razılığa gəlib. Obameyanq ilinə 14 milyon avro qazanacağı 3 illik təklifi müsbət cavablandırıb. "Borussiya"nın 70 milyon avro ödəniləcəyi təqdirdə, oyunçunu satmağa razı olacağı bildirilib. Qeyd edək ki,