Səhərə qədər çay içdiyi üçün heyətdən kənarlaşdırıldı

"Genoa"nın braziliyalı futbolçusu Rikardo Sençurion "Cagliari" ilə oyunda heyətə salınmayıb. Offside.com.az xəbər verir ki, buna səbəb braziliyalının səhərə qədər mate çayı içərək İnstagramda canlı yayım etməsi olub. Qısa adı Mate olan Herbal Mate Argentinada yetişən bitki növüdür. Argentinalıların günlük istifadə etdiyi çayın bəzi növləri Cənubi Amerikada da geniş yayılıb. Argentina və Cənubi

UEFA “onluğ”u açıqladı: Bizimkilər kənarda qaldı

2017/18 mövsümündə məğlub olmayan klubların siyahısı açıqlanıb. Offside.com.az xəbər verir ki, UEFA cari mövsüm qatıldığı yarışların heç birində uduzmayan komandaları müəyyənləşdirib. Daxili və beynəlxalq arenada məğlubiyyətsiz irəliləyən 10 komanda var. Onlardan bəziləri yalnız ölkəsində qüvvəsini sınayırsa, eyni zamanda avrokubokda da uğurlu çıxış edənlər də diqqət çəkir. Bu “onluq”da Azərbaycan klubu yer

“Qarabağ” “Atletiko”nun işini çətinləşdirəcək” – İqnasio

"Neftçi"nin futbolçusu İqnasio Herrera Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə bağlı danışıb. Offside.com.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında Madrid klubunu çətin oyun gözlədiyini deyib: "Qarabağ" çox yaxşı komandadır. Onların  güclü futbolçuları var. "Qarabağ" "Atletiko"nun işini çətinləşdirəcək". Qeyd edək ki, İ.Herrera  2008-2009-cu illərdə İspaniyada “Betis”in B

20-ci dəfə ölkə çempionu oldular

"Malmö" növbəti dəfə İsveç çempionu olub. Offside.com.az xəbər verir ki, komanda yarışın başa çatmasında 3 tur qalmış çempionluğu təmin edib. "Malmö" 27-ci turunda "Norrçepinq"ə 3:1 hesabı ilə qalib gələrək ən yaxın izləyəciyi AİK-lə xal fərqini 10-ə yüksəldib. Beləliklə, "Malmö"  tarixində 20-ci dəfə İsveç çempionluğunu qeyd edib. qol.az

Emre Mor “Selta”da ilk qolunu vurdu (Video)

La Liqanın 8-ci turunda "Las Palmas" doğma meydanda "Selta Viqo"nu qəbul edib. 5-2 hesabı ilə qalib gələn qonaqların heyətində yeni transfer Əmrə Mor ilk qolu vurub. Offside.com.az xəbər verir ki, bu türkiyəli gənc futbolçunun həmçinin La Liqada ilk qolu olub.

“Lester Siti” öz meydanında xal itirdi (Video)

İngiltərə Premyer Liqasında 8-ci tura yekun vurulub. Offside.com.az xəbər verir ki, turun son oyununda "Lester" "Vest Bromviç"i qəbul edib. Matç  bərabərliklə başa çatıb - 1:1. "Lester" - "Vest Bromviç" - 1:1 Qollar: Şadli, 63 (0:1), Mahrez, 80 (1:1)

“Qarabağ”la oyun asan olmayacaq” – Tomas

"Bilirik ki, "Qarabağ"la Bakıda keçirəcəyimiz oyun asan olmayacaq. Lakin biz yolumuza davam etməli, çoxlu qol vurmalı və  qələbə qazanmalıyıq". Offside.com.az xəbər verir ki, bu sözləri "Atletiko"nun futbolçusu Tomas Partey Bakıya uçuş zamanı təyyarədə klubun saytına açıqlamasında deyib. Qanalı yarımmüdafiəçi bildirib ki, 5 saatdan çox çəkən səfərdən sonra uyğunlaşmağa çalışmalıdır:  "Qarabağ"la matçda hər

Prosineçki üçün maraqlı variant

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Trabzonspor”un “sükanı arxası”na keçməyə çox yaxındı. Offside.com.az-ın məlumatına görə, bu iddia ilə fanatik.com.tr saytı çıxış edib. Bildirilir ki, ilk hədəfi Fatih Terim olan Qara dəniz təmsilçisi təcrübəli mütəxəssisdən “yox” cavabı alıb. Belə ki, Terim bir müddət ölkəsində klub çalışdırmaq fikrində olmadığını bildirib. Rıza Çalımbay,

“Atletiko”ya “Qarabağ” adlı təyyarə – AZAL-dan sürpriz

Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Atletiko" bir neçə saat əvvəl Bakıya yola düşüb. Offside.com.az xəbər verir ki, Madrid klubu paytaxtımızı çarter reysi ilə gəlir. "Atletiko"nun çarter sifarişindən sonra AZAL İspaniya təmsilçisinə Qarabağ adlı təyyarə ayırıb. Madrid klubunun sosial şəbəkədəki səhifəsi təyyarənin "Qarabağ" yazılan hissəsinin şəklini də paylaşıb. Qeyd edək