Almaniyanın Bakı planı

Futbol üzrə milli komandamız DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu Almaniya millisinə qarşı keçirəcək. Offside.com.az xəbər verir ki, qarşılaşma mart ayının 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.  Artıq millimizin rəqibinin Bakı səfərinin təfərrüatları da bəlli olub. Belə ki, Bundestim qarşılaşmadan iki gün əvvəl Bakı vaxtı ilə saat 17:35-də çarter reytsi ilə Düsseldorf

Məşhur hakim dünya çempionatından imtina etdi

Məşhur italiyalı FİFA referisi Nikola Ritsoli 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarında ədaləti qorumayacaq. Offside.com.az xəbər verir ki, bu barədə 45 yaşlı referi İtaliya Arbitrlar Assosiasiyasına ünvanladığı məktubunda bildirib. Ritsoli son 5 ildə İtaliyanın ən yaxşı hakimi seçilib, 2013-cü ilin Çempionlar Liqası və 2014-cü ilin dünya çempionatının final matçlarını

Azərbaycan – Almaniya oyununun biletləri satışda

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletləri bu gündən etibarən satışa çıxarılıb. Offside.com.az xəbər verir ki, biletləri 28 Mall Ticarət Mərkəzində, Bakcell Müştəri Xidmətləri mərkəzində (metronun Sahil stansiyasının yaxınlığı), Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında və Park Bulvar ticarət

Azərbaycan – Almaniya oyununa biletlərin satışı başladı

Offside.com.az xəbər verir ki, FİFA-2018 Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Almaniya oyununun biletlərinin onlayn satışı bu gündən etibarən başlayır. Bu barədə AFFA-nın rəsmi saytı məlumat verib. Biletləri http://tickets.affa.az/ ünvanından əldə etmək olar. Biletlərin kassalarda satışı  fevralın 1-dən etibarən həyata

Millimizin reytinqdə yeri dəyişmədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Offside.com.az xəbər verir ki, komandamız ötən aykı mövqeyini qoruyub. Aktivində 386 xal olan millimiz 90-ci pillədə qərarlaşıb. Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri  Almaniya 3-cü (), Şimali İrlandiya 32-ci (0), Çexiya 43-cü (0), Norveç 83-cü (+1), San Marino 202-ci (0) pillədə qərarlaşıb. Qeyd edək ki, siyahıya 1634 xalla

Konfederasiyalar kubokunun püşkü atıldı

2017-ci ildə Rusiyada keçiriləcək Konfederasiyalar kubokunun püşkatma mərasimi olub. Offside.com.az xəbər verir ki, "A" qrupunda Rusiya, Yeni Zelandiya, Portuqaliya və Meksika, "B" qrupunda isə , Çili, Avstraliya, Almaniya və Afrika Kubokunun qalibi mübarizə aparacaq. Sankt-Peterburqda keçiriləcək açılış matçında Rusiya Yeni Zelandiya ilə üz-üzə gələcək. Qeyd edək ki, Konfederasiyalar kuboku gələn il 17

FİFA millimizin rəqibinə qarşı iş açdı

FİFA Şimali İrlandiya və Uels millilərinə qarşı intizam işi açıb. Offside.com.az-ın məlumatına görə, buna səbəb hər iki  yığmanın DÇ-2018-in  seçmə  mərhələsinin IV turunun oyununa formlarında silahlı münaqişələrin qurbanlarının xatirəsinin rəmzi olan qırmızı lalənin təsviri ilə çıxması olub. FİFA bunu siyasi rəmz hesab edir. Buna görə də hər iki futbol assosiasiyasına qarşı intizam sanksiyaları tətbiq

ABŞ millisində yeni baş məşqçi

ABŞ millisinin yeni baş məşqçisi müəyyənləşib. Offside.com.az-ın ABŞ Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, Yurgen Klinsmannın istefaya göndərilməsindən sonra boş qalmış baş məşqçi vəzifəsinə Bryus Arena təyin edilib. Qeyd edək ki, B.Arena bundan əvvəl "Los-Anceles Qalaksi"ni çalışdırıb.

Suarez cəzalana bilər

Uruqvay millisinin və "Barselona”nın futbolçusu Luis Suarezin cəzalanacağı gözlənilir. Offside.com.az xəbər verir ki, buna futbolçunun azarkeşlərə qarşı ədəbsiz davranışı səbəb olub. Belə ki, forvard DÇ-2018-in seçmə mərhələsində baş tutan Çili – Uruqvay (3:1) matçından sonra rəqib komandanın azarkeşlərinə orta barmaq göstərib. Onun bu hərəkətinə görə 2 oyunluq cəza alacağı gündəmdədi.  Qeyd edək ki,

Berti Foqts və Klinsman qovulacaq

ABŞ millisinin baş məşqçisi Yürgen Klinsmann tezliklə istefaya göndəriləcək. Offside.com.az xəbər verir ki, buna yığmanın son oyunlardakı uğursuz çıxışları səbəb olub. Federasiya rəhbərliyi DÇ-2018-in seçmə mərhələsində Kosta Rika millisinə məğlubiyyətdən sonra (4:0) 52 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib.  Futbol üzrə milli komandamızın sabiq çalışdırıcısı Berti Foqts da hazırda ABŞ yığmasında Klinsmannın