Renat Dadaşovun komandasından heç-heçə

Almaniyanın “Ayntraxt” klubu ABŞ-dakı təlim-məşq toplanışı davam etdirir. Offside.com.az xəbər verir ki, Fankfurt təmsilçisi hazırlıq çərçivəsində növbəti yoxlama matçına çıxıb. Millimizin üzvü Renat Dadaşovun komandası “Sietl Sounders”lə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Renat oyunun ikinci hissəsində meydana daxil olub.“Ayntraxt”ın qolunu Hrqota vurub. qol.az

Millimiz 4 pillə gerilədi

Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, siyahıda bir sıra dəyişikliklər olub. Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var. Ötən ay 439 xalla planetin

Qəbələ” Ukrayna nəhənginə uduzdu (Video)

Avstriyanın Zalsburq bölgəsində təlim-məşq toplanışın davam etdirən "Qəbələ" bu gün növbəti yoxlama oyununu keçirib. Offside.com.az  xəbər verir ki, "qırmızı qaralar" son Ukrayna çempionatının ikincisi Kiyev “Dinamo”su ilə qarşılaşıb. Oyun Ukrayna klubunun qələbəsi ilə başa çatıb - 2:1. “Qəbələ” – “Dinamo” (Kiyev, Ukrayna) - 1:2 Qollar: Elvin Məmmədov, 85 - Xliobas, 13, 56 https://youtu.be/ToGx0BiHUUY

“Ən böyük klub “Real” Madrid, ən dominant klub “Barselona”

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki "Vecernji List"ə geniş müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik: - Xüsusi futbolçu karyeranız olub, indi isə məşqçisiniz. Hansına üstünlük verirsiniz? - Dilemma qarşısında qalsam, oyunçu olmağı seçərdim. Cavan olursan, xoşuna gələnləri edirsən. Məşqçi kimi isə uğur və uğursuzluğun təzyiqi altında yaşayırsan, bütün komanda üçün narahatlıq keçirirsən.

Dəniz Yılmaz Türkiyə klubu ilə razılığa gəldi

Millimizin hücumçusu Dəniz Yılmazın "Göztəpə"yə keçidi bitmək üzrədir. Offside.com.az xəbər verir ki, 29 yaşlı futbolçu Türkiyə superliqasının debütantı ilə bütün məsələlərdə razılığa gəlib. Həftəsonuna kimi D.Yılmazın rəsmi müqavilə imza atacağı bildirilib. Qeyd edək ki, "Bursaspor"un yeni baş məşqçisi Pol Le Quen D.Yılmazı komandada görmək istəmədiyini bildirib. Bundan sonra o, "Göztəpə" ilə danışıqlara

Keçmiş məşqçisi Renat Dadaşov haqda: Pul üçün getdiyi açıq-aşkar bəlli idi

“Ayntraxt”ın U-19 komandasının baş məşqçisi Aleksandr Şur millimizin oyunçusu Renat Dadşov haqqında danışıb. Offside.com.az Apasport.az-a istinadən xəbər verir ki, “Frankfurter Rundschau” nəşrinə açıqlama verən gənc mütəxəssis oyunçumuz haqqında müsbət məqamlara toxunub.   “Dadaşov komandaya önümüzdəki çərşənbə günü təqdim olunacaq. Ancaq buna qədər bir sıra məqamlarda dəyişiklik etməlidir. Məsələn özünə yaşayacaq ev tapmalıdır.

Renat Dadaşovun mənzil və nizam-intizam problemləri var

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov Almaniya "Aytraxt"ının əsas komandasında məşqlərə başlayacağı iyunun 28-dək bir sıra məsələri həll etməlidir. Bu barədə "Frankfurter Rundschau" nəşrində dərc olunmuş "İstedad qapını döyür" başlıqlı yazıda bildirilir. Məqalədə qeyd olunur ki, 18 yaşlı hücumçu ilk növbədə Frankfurtda özünə mənzil tapmalıdır. Dadaşov əvvəllər "Riederwald" futbol-internat məktəbində qalıb. Onun

“Ramil Şeydayev Azərbaycan millisində oynamaqdan zövq alır”

“Şeydayev Azərbaycan yığmasında çıxış etməkdən məmnundur. O, Azərbaycan millisində oynamaqdan zövq alır". Offside.com.az xəbər verir ki, bu sözlər Danimarkanın “Orxus” klubunda çıxış edən Camaldin Hocaniyazova məxsusdur. Rusiya mətbuatına danışan müdafiəçi dostu olan Ramilin seçimində peşman olmadığını vurğulayıb: "Ramil Azərbaycan millisində hər oyun əsas heyətdə çıxır və yüksək səviyyədə də oynayır. Şeydayev Azərbaycan millisini seçməsinə

Ramil Şeydayev Danimarkaya gedir

Bu gün Çempionlar Liqasının 2016/17 mövsümünün I və II təsnifat mərhələsinin püşkatması keçirilib. Offside.com.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi “Jilina”nın da rəqibi bəlli olub. Mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq Slovakiya çempionu Danimarkanın “Kopenhagen” klubuna rəqib olub. Komandalar arasında ilk oyun Slovakiyada, cavab matçı isə Danimarkada olacaq. Qeyd edək ki, II təsnifat

“Trabzonspor” Ramili birdəfəlik satır – 2 milyon istədilər

“Trabzonspor” futbolçusu Ramil Şeydayevi “Jilina”ya satmaq qərarı verib. Offside.com.az xəbər verir ki, bu haqda Türkiyənin “Fotospor” nəşri məlumat yayıb. Bildirilib ki, Slovakiya klubu son mövsüm 12 oyunda 6 qol vuran və 2 qolun ötürməsini edən millimizin 20 yaşlı hücumçusunu birdəfəlik almaq üçün Qara dəniz təmsilçisinə 500 min avro təklif edib. “Tranzonspor”