“Qırmızı şeytanlar” tarixində ilk dəfə Avroliqanın qalibi oldu (VİDEO)

Avroliqada 2016/2017 mövsümünə yekun vurulub. Dünən qitənin ikinci dərəcəli klub turnirində final görüşü keçirilib. Stokholmdakı həlledici qarşılaşmada “Ayaks” və “Mançester Yunayted” üz-üzə gəlib. Görüş Joze Mourinyonun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, tarixi ərzində ilk dəfə Avroliqada final həyəcanı yaşaya “qırmızı şeytanlar” kubokun sahibi olub. Qeyd edək ki, "Mançester Yunayted" bu çempionluq sayəsində növbəti mövsüm ÇL-də

“Ayaks”dan final oyunu üçün 20 futbolçu

"Ayaks"ın Avropa Liqasının finalında "Mançester Yunayted"lə oyun üçün heyəti müəyyənləşib. Offside.com.az xəbər verir ki, Deyli Sinkqraven, Peter Bosz zədə səbəbindən, Nik Virqever cəzalı duruma düşdüyü üçün heyətə daxil edilməyib. Heyətdə 20 futbolçunun adı yer alıb: Qapıçılar: Andre Onana, Diderik Bur, Norbret Alblas Müdafiəçilər: Kenni Tete, Joel Veltman, Davinson Sançes, Hayko Vesterman, Matteys de

“Finala çıxmaq üçün çətinlik çəkdik” – Mourinyo

"İlk matçda daha yaxşı oynamışdıq. Cavab qarşılaşmasında rəqib bizə problem yaratdı". Offside.com.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının yarımfinalında "Selta" ilə cavab oyunundan (1:1) sonra deyib. "Finala çıxmaq üçün çətinlik çəkdik. Möntəşəm oynamadıq. Rəqib bütün gücü ilə oynadı. Artıq finaldayıq. Avroliqanın qalibi olsaq, xoşbəxt olacam"

“Ayaks” finalda (Video)

Avroliqanın yarımfinal mərhələsinin digər cavab görüşündə “Lion” öz meydanında “Ayaks”ı 3-1 hesabı ilə məğlub edib. İlk oyunda 4-1 hesablı məğlubiyyət alan fransızlar mərhələni adlaya bilməyib. Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.

“Mançester Yunayted” finalda (Video)

“Mançester Yunayted” Avroliqanın finalına adlayıb. Offside.com.az xəbər verir ki, səfərdə 1-0 hesablı qələbə qazanan “Qırmızı şeytanlar” öz meydanında “Selta” ilə bərabərə qalıb - 1-1. Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.

Avroliqada günün oyunları

Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq. Offside.com.az xəbər verir ki, finala vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edəcək. Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək. 23:05. "Mançester Yunayted” (İngiltərə) – "Selta” (İspaniya) İlk oyun – 1:0 23:05. "Lion” (Fransa) – "Ayaks”

Mourinyo nəticədən məmnun deyil

"Yaxşı oynadıq, amma nəticədən məmnun deyiləm. Daha yaxşı nəticə əldə edə bilərdik. Qarşıda cavab görüşü var". Offside.com.az xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Avropa Liqasının yarımfinalında "Selta"ya 1:0 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib. "Qol vurmaq şanslarımız çox oldu, ancaq bundan istifadə edə bilmədik. "Old

“Ayaks” cavab oyununu formallığa çevirdi (video)

Amsterdamda "Lion"la qarşılaşan "Ayaks" rəqibini darmadağın etdi. Hakim Ziyekin 3 assistlə yadda qaldığı matç ev sahiblərinin 4-1 hesablı qələbəsi ilə başa çatdı. Cavab matçı 1 həftə sonra Fransada baş tutacaq.

Klublarımız avrokuboklara nə vaxt başlayır? – təqvim

2017/18 mövsümündə Azərbaycan komandalarının Avropa kuboklarında mübarizəyə başlayacağı tarix bəllidir. Yeni mövsümdə “Qarabağ” Azərbaycanı Çempionlar Liqasında, “Qəbələ”, “İnter” və “Zirə” isə Avropa Liqasında təmsil etmək hüququ qazanıb. Ağdam klubu yarışa ikinci, digər üç klubumuz isə birinci mərhələdən başlayacaq. Offside.com.az xəbər verir ki, təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 19-da keçiriləcək. İlk olaraq mübarizəyə