Qaret Beyldən yaxşı xəbər

Madrid “Real”ının futbolçusu Qaret Beyl bu həftə topla məşqlərə başlayacaq. Offside.com.az xəbər verir ki, uelsli yarımmüdafiəçinin yaşıl meydanlara qayıdışının vaxtı isə dəyişməyib. Ən yaxşı halda ulduz futbolçunun "Napoli" ilə ilk oyuna yetişəcəyi gözlənilir. Beyl təxminən martın əvvəlində tam olaraq sıraya dönəcək. Təcrübəli futbolçu bir müddət fərdi qaydada çalışdıqdan sonra kollektivlə məşqlərə qatılacaq. Qeyd

UEFA-dan “Qarabağ”a 980 min avro

“Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki çıxışı zamanı əldə etdiyi nəticələrə görə UEFA-nın ayırdığı maliyyə vəsaitini əldə edib. Offside.com.az Sportal-a istinadən  xəbər verir ki, Avropa futbol qurumu tərəfindən ayrılmış 980 000 (doqquz yüz səksən min) avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb. “Qarabağ” Avroliqanın qrup mərhələsində iki qələbə, 1 heç-heçəyə

“Real”da ciddi itki

"Real"ın futbolçusu Dani Karvaxal zədələnib. Offside.com.az xəbər verir ki, onun 1.5 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki,  ispan müdafiəçi Çempionlar Liqasının 1/8 finalında "Napoli" ilə ilk oyunu buraxacaq. Qeyd edək ki, "Real" - "Napoli" görüşü fevralın 15-i keçiriləcək.

Karlo Ançelotti: “Çin Avropa futbolu üçün təhlükədir…”

Offside.com.az xəbər verir ki, Bayern Münhen klubunun baş məşqçisi Karlo Ançelotti Çinin böyük pullarının Avropa futbolu üçün təhlükəli olduğunu söyləyib. Italyan çalışdırıcı qeyd edib ki, ən yaxşı futbolçular hər zaman yaxşı turnirlərdə mübarizə aparmaq istəyir, futbolçular pula görə yox, ən yaxşı olmaq üçün oynamalıdır. "Ən güclü liqalar, turnirlər Avropadadır və Çin

Kintana “Sauthempton”un futbolçusundan geri qaldı: 2-ci oldu

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana bu mövsüm Avropa Liqasında ən çox uğurlu driblinq yarımmüdafiəçilər arasında yer alıb. Offside.com.az xəbər verir ki, ispaniyalı ən çox rəqibini keçən 2-ci futbolçu olub. Kintana 15 mübarizədən qalib ayrılıb. İlk pillədə isə "Sauthempton"un futbolçusu Natan Redmondur. 22 yaşlı ingiltərəli 17 uğurlu driblinq edib. 3-cü yerdə isə "Qarabağ"ın qrupdakı rəqibi olan

“…milliyə çağrıldığımı eşidəndə şoka düşdüm” – Filip Ozobiç

“Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç UEFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytı yarımmüdafiəçinin milli komandaya çağrılması, klubundakı çıxışı və Azərbaycan futbolu haqqında danışdığı müsahibəni ixtisarla təqdim edir. - İstirahət necə gedir? - Hər şey əladı. Bir neçə gün futboldan uzaqlaşdım. Özümə, ailəmə, yaxınlarıma vaxt ayırdım. Daha sonra isə şəxsi məşqlərə başladım. Yanvarın

“Qarabağ”ı UEFA-nın rekordçular siyahısına düşməkdən 3 xal ayırıb

Öz ölkəsinin çempionatını ən böyük fərqlə başa vuran Avropa komandaların siyahısı açıqlanıb.  UEFA 25 və daha çox xal fərqi ilə çempion tituluna yiyələnən 7 komandanı müəyyənləşdirib. Cədvəldə 7 klub yer alıb. Fransanın PSJ klubu 2015/16 mövsümündə 2-ci yeri 31 xal arxada qoyub. Bu, UEFA-ya üzv ölkələr üçün mütləq rekorddu. 2013/14 mövsümündə 29

De Laurentis “Real” Madrid-“Napoli” oyunlarını David və Qoliafın mübarizəsinə bənzətdi

"Napoli" klubunun prezidenti Aurelio De Laurentis 15 fevralda baş tutacaq "Real" Madrid - "Napoli" oyununu səbirsizliklə gözlədiyini etiraf edib. Prezident bunları deyib: "Bu oyunu çox böyük səbirsizliklə gözləyirəm. 30 ildən sonra onlarla qarşılaşırıq. Davidin Qoliafı məğlub etməsinə şahid olmaq istəyirəm. "Napoli" futbolçuları "Santyaqo Bernabeu"da öz xarakterlərini göstərmək arzusu ilə alışıb yanırlar.