Hürriyətdən şok açıqlama: “Prosineçki Türkiyə klubu ilə razılığa gəldi”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Türkiyə superliqasında yarışan “Bursaspor”la razılığa gəlib. Offside.com.az-ın xəbərinə görə, bu haqda az əvvəl Türkiyənin “Hürriyət” qəzeti məlumat yayıb. Bildirilib ki, "Bursaspor" rəsmiləri ilı xorvat mütəxəssis arasında keçirilən görüşün nəticəsində tərəflər 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəlib. Qəzet yazıb ki, R.Prosineçki yaxın günlərdə Bursaya gedərək müqaviləyə

“Evertonun əfsanəsi”

        1926-27-ci il mövsümündə Midlsbronun oyunçusu George Camsell bir premyer liqa mövsümündə 59 qol vuranda, hər kəs fikirləşirdi ki, bu rekord yəqin ki,heç zaman yenilənməyəcək. Bəlkə də, 1925-ci ildə “Tranmer”-dən 3.000 funta transfer edilən Villiam Ralf Din (Dixie Dean) özü də buna inanmırdı. Amma o dövrkü ikiqat ölkə çempionlarının heyətinə

Vaqif Cavadov: “Mən erməninin rəhbərliyi altında oynamaq istəmirəm”

Offside.com.az xəbər verir ki, Vaqif Cavadov azerisport.com-a müsahibəsində "Anji" klubuna imtinasının səbəbini açıqlayıb. "Mənim "Anji"dan ciddi təklifim var idi. Lakin mən bu təklifdən imtina etdim, çünkü mən erməni məşqçi Aleksandr Qriqoryanın rəhbərliyi altında oynaya bilmərəm" Xatırladaq ki, Qriqoryan bu aydan etibarən "Anji"nin baş məşqçisi təyin olunub.

Millimizin üzvü “Qarabağ”a keçir

"Qarabağ" milli komandamızın və Bakı "İnter"inin futbolçusu Ağabala Ramazanovu transfer edir. Bu barədə Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Yaxın günlərdə 23 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanacağı nəzərdə tutulub. Tərəflər arasında müqavilə imzalanmadağından futbolçu "Qarabağ"ın bu gündən başlayan təlim-məşq toplanışına qoşulmayıb. Qeyd edək ki, Ramazanovun "Neftçi"yə keçidi gündəmdə idi.

Prosineçkinin kirayə qaldığı evin sahibi borcunu istəyir

Serbiyanın “Srvena Zvezda” klubunun bank hesabları bağlanılıb. Offside.com.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, buna millimizin baş məşqçisi Robert Prosineçkinin  “Srvena Zvezda”nı çalışdırdığı dövrdə Belqradda qaldığı evin kirayə haqqının klub tərəfindən ödənilməməyi səbəb olub. R.Prosineçki həmin evdə 2011-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək yaşayıb. Bu müddətdə evin kirayə haqqı üst-üstə 37 min avro

“Qurban Qurbanova dedik ki, bunları aradan qaldır” – Abdulbari Gözəl

"Qarabağ"ın prezidenti Abdulbari Gözəl komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Offside.com.az-ın "Report"a istinadən yaydığı məlumata görə, türkiyəli iş adamı qrupdan çıxmağın əsas hədəf olduğunu bildirib. O deyib: "Çox yaxşı nəticələrlə irəl getmişdik. Amma futbolda nəticələr yuvarlaqdır. Hərdən problemlər ortaya çıxır. Bu il hədəfimiz qrup mərhələsini adlamaqdan ibarət idi. Buna da yaxın

Azərbaycan yığmasının rəqibləri bəlli oldu

UEFA-nın mənzil qərargahında 17 və 19 yaşadək futbolçulardan ibarət yığma komndalar arasında AÇ-2017-nin birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Offside.com.az xəbər verir ki, Azərbaycanın U-17 yığması 11-ci qrupda İrlandiya, Ukrayna və Bolqarıstanla mübarizə aparacaq. U-19 isə 7-ci qrupda Serbiya, İrlandiya və Kiprlə qarşılaşacaq.

“Beşiktaş”ın Azərbaycandakı rəqibi müəyyənləşdi

Türkiyənin "Beşiktaş" klubunun Azərbaycanda yoldaşlıq oyunu keçirəcəyi rəqib müəyyənləşib. Offside.com.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Qarabağ"la qarşılaşacaq. Bu haqda Qol.az-a Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib. Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: "Bugünlərdə danışıqlar üçün "Beşiktaş" klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək.