Terim Bosniya ilə danışıqlar apardığını təsdiqlədi

Türk məşqçi Fatih Terim Bosniya və Hersoqovina millisinin rəsmiləri ilə İstanbulda görüş keçirib.

Offside.com.az xəbər verir ki, Bosniya və Hersoqovina yığmasında çalışmağa yaxın olan 64 mütəxəssis görüşdən sonra jurnalistlərə qısa açıqlamasında hələlik razılıq əldə olunmadığını deyib:

“Dostlarımızla yemək yedik. Onları burda gördüyüm üçün məmnunam. Qarşıdakı günlərdə nələr olacağına qərar verəcəyik. Razılıq əldə olunsa, sizi xəbərdar edəcəyik”.

qol.az

64 baxış