Şehiç ən çox seyv edən qapıçı oldu – Çempionlar Liqası

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ən çox seyv edən qapıçılarının adlarını açıqlayıb.

Offside.com.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı İbrahim Şehiç sıyahının ilk pilləsində qərarlaşıb. Bosniya və herseqovinalı qolkiper 35 qurtarış edib. Bu siyahıda Yasmin Handanoviç (“Maribor, 32 seyv) ikinci, İqor Akinfeev (SSKA, 29) üçüncü olub. Andrey Pyatov (“Şaxtyor”, 25) dördüncü, Silvio Proto (“Olimpiakos”, 24) beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, İ.Şehiç 2013-cü ildən “Qarabağ”ın şərəfini qoruyur.

35 baxış