Ronaldodan növbəti rekord

“Real”ın futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb. Offside.com.az xəbər verir ki, portuqaliyalı hücumçunun rekordu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Dortmund “Borussiya”sı ilə oyunda qeydə alınıb.

Komandasının ikinci qoluna imza atan Ronaldo bununla ÇL-in qrup mərhələsində 6 oyunun hamısında rəqib qapısına yol tapan ilk futbolçu olub.

35 baxış