Messi 3-cü dəfə hamını qabaqladı

Avropada geridə qalan mövsümün ən məhsuldar futbolçuları açıqlanıb. Offside.com.az xəbər verir ki, futbolçuların yalnız ölkə çempionatında vurduqları qollar nəzərə alınıb.

Sıyahıda 1-ci yeri “Barselona”nın lideri Lionel Messi tutub. O, buna La Liqada vurduğu 37 qolla nail olub. PSJ-nin hücumçusu Edinson Kavani 2-ci, “Sportinq”in qol “maşını” Bas Dost isə 3-cü yerdə qərarlaşıb.

2012 və 2013-cü illərdə də zirvədə qərarlaşan Lionel Messi bununla 3-cü dəfə qitənin ən çox qol vuran oyunçusu olub.

İlk “10-luq”

1. Lionel Messi (“Barselona”) – 37 qol

2. Edison Kavani (PSJ) – 35

3. Bas Dost (“Sportinq”) – 34

4. Pyerr-Emerik Obameyanq (“Borussiya”, Dortmund) – 31

5. Robert Levandovski (“Bavariya”) – 30

6. Luis Suares (“Barselona”) – 29

6. Harri Keyn (“Tottenhem”) – 29

6. Edin Dzeko (“Roma”) – 29

9. Aleksandr Lakazett (“Lion”) – 28

9. Dris Mertens (“Napoli”) – 28

apasport.az

37 baxış