Luis Enrike PSJ yolunda

PSJ-nin baş məşqçisi Unai Emeri mövsümün sonunda postunu tərk edə bilər. Offside.com.az xəbər verir ki, klub rəhbərliyi ispaniyalı mütəxəssislə müqavilə müddətini yeniləməkdə maraqlı deyil.

Belə ki, prezident Naser əl-Xelaifi paytaxt təmsilçisinin oyun üslubundan məmnun deyil. Çempionlar Liqasının qrup mərhələsində “Bavariya”ya (1:3) məğlubiyyətdən sonra əl-Xelaifi axtarışlara başlayıb.

Bu posta namizədlər arasında “Yuventus”un baş məşqçisi Massimiliano Alleqri, onun “Çelsi”dəki həmyerlisi Antonio Konte, “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone və “Mançester Yunayted”in “sükanı arxası”nda olan Joze Mourinyo da var.

Lakin klub prezidenti üçün “Barselona”nın keçmiş çalışdırıcısı Luis Enrike bir nömrəli namizəddi.

apasport.az

59 baxış