Haynkesin əvəzinə Fonseka?

“Şaxtyor”un baş məşqçisi Paulu Fonseka “Bavariya”nın baş məşqçisi vəzifəsinə namizədlər sırasındadır. Offside.com.az xəbər verir ki, Münhen təmsilçisinin idarə heyətinin üzvləri Karl-Hayns Rummeniqqe ve Hasan Salihamidjiç alman klubunun rəhbərlərinə 44 yaşlı mütəxəssisin namizədliyini təklif ediblər.

Buna baxmayaraq, Fonsekanın alman dilini bilməməyinin mümkün müqaviləyə mane ola biləcəyi qeyd olunub. Çünki “Bavariya”nın sahibləri üçün bu meyarın önəmli olduğu vurğulanıb.

Qeyd edək ki, “Bavariya”nın hazırkı baş məşqçisi Yupp Haynkesin müqaviləsi mövsümün sonunda başa çatır.

qol.az

36 baxış