Çempionlar Liqasında Britaniya küləyi

Çempionlar Liqasının 2017/18 mövsümünün qrup mərhələsi İngiltərə klublarının hegemonluğu ilə başa çatıb. Offside.com.az xəbər verir ki,  8 qrupdan yarısında – 4-də britaniyalılar 1-ci yeri tutub.

Bunlar “Mançester Siti”, “Mançester Yunayted”, “Liverpul” və “Tottenhem”di. “Dumanlı Albion”un daha bir komandası – “Çelsi” isə ikinci yerlə 1/8 finala adlayıb.

Bununla da qitənin ən nüfuzlu klub turnirində yenidən britaniya küləyi əsməyə başlayıb. Belə ki, əsrin əvvəllərində də İngiltərə klubları indiki kimi uğurla çıxış edirdi.

Son 14 ildə ilk dəfə eyni ölkənin 5 komandası 1/8 finalda oynayacaq. Sonuncu format dəyişikliyinin baş verdiyi – 2003/04 mövsümündən sonra “16-lıq”da 5 təmsilçisi qalan ilk ölkə İngiltərə olacaq.

11 ildən sonra isə 4 qrupda bu ölkənin təmsilçisi qalib olub. Sonuncu dəfə 2006/07 mövsümündə İngiltərənin 4 komandasının hamısı öz qrupunda 1-ci olmuşdu. Həmin vaxt “Arsenal”, “Çelsi”, “Mançester Yunayted” və “Liverpul” bunu bacarmışdı.

apasport.az

41 baxış