“Borussia” Çempionlar Liqasının tarixinə düşdü

Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi son oyunda “Real”la qarşılaşan “Borussia Dortmund” 2:3 hesabıyla uduzub. 2 xal toplayan klub mübarizəni Avroliqada davam etdirəcək.

Offside.com.az xəbər verir ki, “Borussia” Çempionlar Liqasının tarixində Avroliqaya ən az xal toplamaqla gedən komanda olub. Dortmund klubu APOEL-lə 2 oyunda heç-heçə edib. Hər iki komanda eyni sayda xal toplasa da, əlavə göstəricilər “Borussia”nın lehinə olub.

61 baxış