“Atletiko”da ciddi itki

“Atletiko”nun futbolçusu Antuan Qrizmann zədələnib.

Offside.com.az xəbər verir ki, fransalı yarımmüdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Çelsi”yə qarşı matçda zədə alıb. Tibbi müayinədən keçən A.Qrizmannın omba əzələsində problem olduğu müəyyənləşib.

Bu səbəbdən onun La Liqada “Betis”lə görüşü buraxacağı dəqiqləşib. Qrizmannın “Alaves”ə qarşı matça kimi hazır olub-olmayacağı məlum deyil.

22 baxış