“Qarabağ” sərt oynayırdı” – Nainqqolan

“Bu, çətin oyunda qazanılan yaxşı nəticədir. Çünki rəqib tamamilə müdafiədən oynayırdı”.

Offside.com.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Qarabağ”la qarşılaşan “Roma”nın futbolçusu Raca Nainqqolan deyib.

Belçikalı yarımmüdafiəçi klubun saytına açıqlamasında 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib: “Biz rəqib qapısına yol tapmağa çalışırdıq. “Qarabağ” isə sərt oynayırdı. Ancaq sonadək səbr etdik, öz oyun üslubumuza sadiq qaldıq və sonda bunun bəhrəsini gördük. Düzgün oynadıq və lazım olan qolu vurduq”.

Nainqqolan qrupdan çıxmağa layiq olduqlarını əlavə edib: “Biz başqa nəticə gözləmirdik. Növbəti mərhələyə qrup lideri kimi adlamağı bacardıq. Buna layiqik”

qol.az

57 baxış