“Mançester Siti”də ciddi itki

“Mançester Siti”nin futbolçusu David Silva Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Şaxtyor”la oyunu buraxacaq.

Offside.com.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 31 yaşlı yarımmüdafiəçinin “Mançester Yunayted”lə görüşü də buraxa biləcəyini bildirib : “Silvanın ağrıları var. Onun derbiyə kimi hazır olub-olmayacağını bilmirəm. Ümid edirəm ki, o sağalacaq”.

Qeyd edək ki, D.Silva İngiltərə Premyer Liqasının 15-ci turunda “Arsenal”a qarşı matçda zədələnib.

qol.az

17 baxış