“Barselona” bizimlə düşməyi istəməz” – Tibo Kurtua

“Çelsi”nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları mümkün rəqibləri haqda danışıb.

Offside.com.az xəbər verir ki, o, bununla bağlı bildirib: “Bir neçə ingilis klubu qrup birincisi olduğu üçün onlarla qarşılaşa bilmərik. “Barselona”, PSJ və “Beşiktaş”la düşə bilərik. Amma əminəm ki, “Barselona” bizimlə düşməyi istəməz. Yaxşı komadayıq. Çempionlar Liqasında yaxşı mövsüm keçirməyə çalışacağıq”.

Qeyd edək ki, ÇL- 1/8 finala yüksələn 16 komandadan 12-si artıq məlumdur.

110 baxış