“Real” 80 milyon avroya hücumçu alır

"Real" bu qış "İnter"in futbolçusu Mauro İkardini transfer etməyə hazırlaşır. Offside.com.az xəbər verir ki, bununla bağlı artıq iki klub arasında razılıq əldə olunub. Bu transfer üçün Madrid təmsilçisinin 80 milyon avro ödəyəcəyi iddia edilib. 24 yaşlı hücumçunun bu ay "Real"da tibbi müayinədən keçəcəyi bildirilib. Qeyd edək ki, M.İkardi 2013-cü ildən "İnter"in şərəfini

“Mançester Siti”də ciddi itki

"Mançester Siti"nin futbolçusu David Silva Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Şaxtyor"la oyunu buraxacaq. Offside.com.az xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, 31 yaşlı yarımmüdafiəçinin "Mançester Yunayted"lə görüşü də buraxa biləcəyini bildirib : "Silvanın ağrıları var. Onun derbiyə kimi hazır olub-olmayacağını bilmirəm. Ümid edirəm

“Barselona” bizimlə düşməyi istəməz” – Tibo Kurtua

"Çelsi"nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 1/8 finalında qarşılaşacaqları mümkün rəqibləri haqda danışıb. Offside.com.az xəbər verir ki, o, bununla bağlı bildirib: "Bir neçə ingilis klubu qrup birincisi olduğu üçün onlarla qarşılaşa bilmərik. "Barselona", PSJ və "Beşiktaş"la düşə bilərik. Amma əminəm ki, "Barselona" bizimlə düşməyi istəməz. Yaxşı komadayıq. Çempionlar Liqasında yaxşı mövsüm

Məşhur telekanalın müxbirindən Qurban Qurbanova hörmətsizlik

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçirilən “Roma” – “Qarabağ” (1:0) matçından sonra Qurban Qurbanovun iştirakı ilə təşkil olunan mətbuat konfransında xoşagəlməz anlar yaşanıb. Offside.com.az Yenicag.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi oyunla bağlı fikirlərini bildirən zaman “Sky Sport”un müxbiri konfransı kəsib, canlı yayıma bağlanıb. Qurbanov da bu məqamda çıxışını

“Atletiko” 30 milyon avroluq itki ilə üzləşdi

“Atletiko” bir neçə futbolçusu ilə vidalaşa bilər. Offside.com.az xəbər verir ki, buna Madrid klubunun Çempionlar Liqası (ÇL) ilə erkən vidalaşması səbəb göstərilir. İtkiləri kompensasiya etmək istəyən ispanlar çıxış yolunu bəzi futbolçularla yolların ayrılmasında görürlər. Madridlilər ÇL-dən erkən vidalaşmaqla 30 milyon avro itiriblər. Klub bu məbləği yanvarda oyunçu satışı ilə qarşılamaq niyyətindədi. “Atletiko”

“Kəpəz”də daha bir itki

Azərbaycan Kubokunun 1/4 final mərhələsində  “Keşlə” ilə qarşılaşacaq “Kəpəz” tam heyətlə məşq edə bilmir. Offside.com.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir. Bir müddətdir ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. “Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib. Xatırladaq ki,

“Barselona”dan yeni rekord

İspaniyanın “Barselona” klubu yeni rekorda imza atıb. Offside.com.az xəbər verir ki, Kataloniya təmsilçisi  ardıcıl 11-ci dəfə Çempionlar Liqasında qrupu lider kimi başa vurub. İndiyədək bunu bacaran klub olmayıb. “Barsa”nın bu rekordu “Sportinq” üzərində 2:0 hesablı qələbədən sonra qeydə alınıb.

“Azərbaycanı layiqincə təmsil etdik” – Qara Qarayev

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Çempionlar Liqasının qrup mərhələsində “Roma”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Offside.com.az xəbər verir ki, o, əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb. - Əslində oyunun gərgin keçəcəyini gözləyirdik. Çünki Londondakı matçın taleyini bu görüşün nəticəsi təyin edəcəkdi. Birinci hissədə lazımı səviyyədə müdafiə oluna bildik.

“Hər şey bu cəzalarla bitmir” – Elxan Məmmədov

“Son günlər Azərbaycan futbolunda diqqəti dərhal cəlb edən proseslər baş verməkdədir. Əlbəttə, bu proseslərdə təəssüfləndiyimiz məqamlar bir xeyli olsa da, futbolumuzun şəffaflığı naminə bu istiqamətdə addımların atılması, işlərin görülməsi vacibdir”. Offside.com.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov qurumun rəsmi saytına açıqlamasında deyib. O, son günlər idman oyunlarının nəticələrinin manipulyasiyası

“Mlada Boleslav”dan Kamran açıqlaması

Çexiyanın “Mlada Boleslav” klubu millimizin qapıçısı Kamran Ağayevlə yollarını ayırdığını rəsmən açıqlayıb. Offside.com.az xəbər verir ki, klubun rəsmi saytında yayılan xəbərdə noyabrın 30-da Ağayevin müqaviləsinə xitam verildiyi bildirilib. Kamranın istənilən oyunu sərgiləyə bilmədiyi üçün komandadan göndərildiyi vurğulanıb. Qeyd edək ki, 35 yaşlı qolkiperin "Mlada Boleslav"la mövsümün sonuna qədər müqaviləsi var idi. Əlavə edək ki, bu