Azar “Çelsi”nin təklifini qəbul etmədi

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparan “Çelsi” aparıcı futbolçusu Eden Azarı heyətində saxlamağa çalışır. Offside.com.az xəbər verir ki, London klubu belçikalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib.

Belə ki, “Çelsi” Azara həftəlik 300 min funt-sterlinq məvacib ödəməyə razıdı. 26 yaşlı futbolçu bunu qəbul edəcəyi təqdirdə, “zadəganlar”ın ən yüksək ödənişli oyunçusuna çevriləcək. Lakin Azar ingilislərin təklifi ilə razılaşmayıb. O, danışıqların mövsümün sonunda aparılmasını istəyib.

Belçika yığmasının üzvünün bu təklifi qəbul etməməsi onun “Real”a keçmək arzusu ilə əlaqələndirilir.

Qeyd edək ki, Eden Azarın “Çelsi” ilə müqavilə müddəti 2020-ci ilə qədərdi.

apasport.az

28 baxış