“Qarabağ”ın rəqibi “Real”ın futbolçusunu istəyir

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” qış fasiləsində heyətini gücləndirmək niyyətindədi. Offside.com.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, “canavarlar” Madrid “Real”ının üzvü Daniel Sebalyosla yaxından maraqlanırlar.

Bu keçidin baş tutmasını “Roma”nın idman direktoru Ramon Monçi istəyir. Onun fikrincə, gənc yarımmüdafiəçi paytaxt klubuna əlavə güc qatacaq.

İtaliyalılar qarşı tərəflə danışıqlara start veriblər.

Qeyd edək ki, 21 yaşlı futbolçu “Real”a bu il “Betis”dən transfer olunub. O, “kral klubu”nda ümumilikdə 11 oyun keçirib və 2 qola imza atıb.

apasport.az

34 baxış