“Trabzonspor”un futbolçusuna Premyer Liqadan təklif

“Trabzonspor”un istedadlı futbolçularından olan Okay Yokuşlu “West Bromwich”in maraq dairəsinə düşüb.

Offside.com.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albion klubu yarımmüdafiəçiyə görə 8 milyon avro təklif edib. “Trabzonspor” isə onu mövsümün sonuna qədər komandada saxlamaq istəyir. Klubla 2020-ci ilə kimi müqaviləsi olan Okay da karyerasını Avropada davam etdirmək istəyir.

51 baxış