“Qarabağ” Romada

Çempionlar Liqasının qrup mərhələsinin son oyununda “Roma” ilə qarşılaşacaq “Qarabağ” artıq İtaliyadadır. Offside.com.az xəbər verir ki, Ağdam təmsilçisinin çarter reysi ilə yollandığı təyyarə İtaliyanın paytaxtı Romaya, "Fiumicino" hava limanına təxminən 21:15-də eniş edib. Sabah Ağdam klubu "Olimpiko"da məşqə çıxacaq. Qeyd edək ki, “Roma” - “Qarabağ” matçı dekabrın 5-də, saat 23:45-də start götürəcək.

Araz oynadı, komandası qalib gəldi

Kiprin I Divizionunda XIV tura yekun vurulub. Offside.com.az xəbər verir ki, milli komandamızın oyuncusu Araz Abdullayevin şərəfini qoruduğu “Anortosis” də növbəti matçına çıxıb. Famaqusta təmsilçisi “NEA Salamis”i qonaq edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Araz matça ehtiyat oyunçular skamyasında başlasa da, 14-cü dəqiqədə komanda yoldaşı Palankanı əvəzləyib. Qeyd edək ki,

“İnter” rəqibini darmadağın etdi (Video)

Bu gün İtaliya A seriyasında XV tura start verilib.  Doğma meydanda "Kyevo Verona"nı qəbul edən "İnter" rəqibini darmadağın edib. “İnter” – “Kyevo” - 5:0 Qollar: Perisiç, 23, 57, 90+2, İkardi, 38, Skrinar, 60

Qapıçı “Benevento”ya 1 xal qazandırdı (Video)

Bu gün İtaliya A seriyasında XV tura start verilib. Autsayder "Benevento" doğma meydanda "Milan"ı qəbul edib. Gərgin keçən qarşılaşmanın əlavə dəqiqələrində meydan sahiblərinin qapıçısı Alberto Briqnolinin vurduğu qol, komandasını məğlubiyyətdən xilas edib. “Benevento” – “Milan” - 2:2 Qollar: Puşkas, 50, Brinyoli, 90+2 - Boneventura, 38, Kaliniç, 57

“Barselona”da şok itki

“Selta” ilə oyunda zədələnə “Barselona”nın müdafiəçisi Samuel Umtitinin durumuna aydınlıq gəlib. Offside.com.az xəbər verir ki,  fransalı futbolçu 8 həftə yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki,  24 yaşlı müdafiəçi bu mövsüm 19 oyunda meydana çıxıb.

“Trabzonspor”un futbolçusuna Premyer Liqadan təklif

"Trabzonspor"un istedadlı futbolçularından olan Okay Yokuşlu "West Bromwich"in maraq dairəsinə düşüb. Offside.com.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Albion klubu yarımmüdafiəçiyə görə 8 milyon avro təklif edib. "Trabzonspor" isə onu mövsümün sonuna qədər komandada saxlamaq istəyir. Klubla 2020-ci ilə kimi müqaviləsi olan Okay da karyerasını Avropada davam etdirmək istəyir.

“Real” 23 yaşlı qapıçını transfer etmək istəyir

"Atletik"in qapıçısı Kepa Arrisbalaqa yanvarda "Real"a keçə bilər. Offside.com.az xəbər verir ki, Madrid klubu 23 yaşlı qapıçını 20 milyon avro qiymətləndirir. "Real" ehtiyat qapıçısı Kiko Kasilya ilə yollarını ayırmaq barədə düşünür. Kasilya uzun zamandır Keylor Navasın əvəzləyicisidir.

“Sevilya”nın futbolçusu klubunu dəyişmək istəyir

"Sevilya"nın yarımmüdafiəçisi Stiven Nzonzi qışda klubunu dəyişmək istəyir. Offside.com.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsində "Liverpool"la oyunun (3:3) fasiləsində əvəzlənən 28 yaşlı futbolçu intizam cəzası olaraq komandadan kənarlaşdırılıb. Onun adı son oyunların iştirak ərziəsinə belə salınmayıb. Bu, "Yuventus" üçün göydəndüşmə ola bilər. Turin klubu ötən yay onu transfer etmək istəsə

“Keşlə”nin “Qəbələ” üstünlüyü

Bu gün Topaz Premyer Liqasında XIV tura yekun vurulacaq Offside.com.az xəbər verir ki, mövsümün ilk yarısının son turunda “Qəbələ” “Keşlə” ilə görüşəcək. “Qırmızı-qaralar” paytaxt təmsilçisini öz meydanında qəbul edəcək. Bu, rəqiblərin tarix ərzində 42-ci, “İnter” adını “Keşlə”yə dəyişdikdən sonra ilk rəsmi dueli olacaq. Ümumilikdə isə rəqiblərin ilk qarşılaşması 11 il əvvələ -