Britaniya səfirindən “Qarabağ” və “Çelsi”yə dəstək – Şəkil

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Kroft  Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ” – “Çelsi” oyunu öncəsi hər iki kluba dəstək verib.

Offside.com.az xəbər verir ki, o, səfirliyin rəsmi “Tvitter” səhifəsində üzərində “Qarabağ” və “Çelsi” yazılmış şarfla şəkil paylaşıb. Onun adından azərbaycanca “Niyə də yox?!” sözləri də yazılıb.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç bu gün saat 21:00-da başlayacaq.

30 baxış