“Qarabağ” – “Çelsi”: Cəmi 2 qol?

Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçının əmsalları açıqlanıb. Offside.com.az xəbər verir ki, bu gün Bakıda baş tutacaq görüşdə rəqib aşkar favoritdi.

Londonluların qalib gəlməsi 1,30, məğlubiyyəti 11,00 əmsaldı. Görüşdə heç-heçəyə 5,25 əmsal verilib.

Bukmekerlərin qənaətinə əsasən matç bolqollu olmayacaq. Onların proqnozuna əsasən ingilislər 1:0 və 2:0 hesabı ilə qalib gələcəklər. Belə ki, qarşılaşmada qeydə alına biləcək hesablarda ən aşağı əmsal, yəni daha inandırıcı nəticə “Çelsi”nin 1 və ya 2 cavabsız qol vurmasıdı. Bu nəticənin əmsalı 5,75-di.

Qurban Qurbanovun komandasına xal qazandıracaq nəticələr arasında ən inandırıcısı yenə 0:0-dı. Bunu proqnozlaşdıranlara əmanətlərini 9,25 dəfə artırmaq şansı verilib.

“Qarabağ”a qələbə qazandıra biləcək ən inandırıcı hesab 1:0-dı. Buna 19,00 əmsal verilib. Digər hesablarla 3 xal qazanmağımız isə 26 əmsaldan başlayır.

“Qarabağ” – 11.00 Heç-heçə – 5.25 “Çelsi” – 1.30
1:0 – 19,00 0:0 – 9,25 0:1 – 5,75
2:0 – 67,00 1:1 – 9,75 0:2 – 5,75
2:1 – 26,00 2:2 – 26,00 1:2 – 8,50
3:0 – 251,00 3:3 – 151,00 0:3 – 7,50
3:1 – 126,00 4:4 – 251,00 1:3 – 11,50
3:2 – 126,00 2:3 – 31,00
4:0 – 251,00 0:4 – 12,00
4:1 – 251,00 1:4 – 18,50
4:2 – 251,00 2:4 – 51,00
4:3 – 251,00 3:4 – 251,00
Digər hesablar – 9,25

 

Apasport.az

42 baxış