“Real”da Ramos – Ronaldo gərginliyi

“Real”ın aparıcı futbolçuları – kapitan Serxio Ramos və Kriştiano Ronaldo arasında münasibətlər gərginləşib. Komandanın La Liqada “Barselona”dan 8 xal geri qalması və Çempionlar Liqasında “Tottenhem”ə məğlubiyyət düşərgədəki atmosferi pisləşdirib.

Ronaldo açıqlamalarının birində Pepe, Xames Rodriges və Morata kimi oyunçuların göndərilməsinin komandaya pis təsir etdiyini bildirib. Ramos isə bundan narazı qalıb. O, Naço, Asensio, Sebalyos kimi gənc oyunçuların özlərini yaxşı tərəfdən göstərdiklərini söyləyib.

Ramosun Neymarla bağlı suala “qapımız ona həmişə açıqdı” deyə cavab verməsi isə Ronaldonu bir qədər də əsəbiləşdirib. Baş verənlərin portuqaliyalı ulduzun gələcək karyerası ilə bağlı qərarına təsir edəcəyi gözlənilir.

futbolpress.az

66 baxış