“Qarabağ”da qalmaq istəyirəm” – Pedro Enrike

“Qarabağ”ın futbolçusu Pedro Enrike PAOK-a qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Offside.com.az xəbər verir ki, o, bununla bağlı deyib: “Bu, mənim qərar verə biləcəyim məsələ deyil. Bunu klublar öz aralarına həll edirlər. Mən “Qarabağ”da qalmaq istəyirəm. Amma necə olacağını zaman göstərəcək”.

Xatırladaq ki, “Qarabağ” P.Enrikeni müqavilə ilə məxsus olduğu PAOK-dan mövsümün sonuna kimi icarəyə götürüb. Ancaq Yunanıstan klubunun onu bu qış geri qaytarmaq istədiyi iddia edilir.

57 baxış