“Onu “cırtdan” kimi çağırırdıq!” – Messinin “Barsa”da ilk günlərinin hekayəsi

Düz 14 il bundan əvvəl Lionel Messi “Porto”ya qarşı oyunda “Barselona” heyətində debüt etdi. Bu yazıda onun keçmiş komanda yoldaşları argentinalının “Barsa”dakı ilk günlərini danışacaqlar.

Yeni əsrin əvvəlində “Barselona”nın “Kadet B” komandası “Espanyol” həmşayıdlarına qarşı qələbə qazana bilmirdilər. “Blauqrana” bunun üçün çox çalışırdı, lakin təcürbəkli və fiziki cəhətdən daha güclü əzəli rəqiblərini məğlub edə bilmirdilər. Lakin bir gün bu, dəyişdi. Belçikanın “KAS Eupen” komandasının müdafiəçisi və o zaman “Kadet”in kapitanı Mark Valyente xatırlayır: “Biz onların meydanına getdik və üç qol vurduq”. Bu, 2002-ci ildə baş verdi və o zaman “Barsa”nın yeni mirvarisinin cəmi 14 yaşı var idi.Məhz o, məğlubedilməz komandanın məğlubiyyətinin səbəbkarı idi.

İki il əvvəl o, Rozariodan Barselonaya gəlmişdi və “İnfantil B” (12 yaşdan aşağı kateqoriya) komandasında oynamağa başladı. Robert Franç xatırlayır: “İlk gün Leo komandanın soyunub-geyinmə otağına “heç kimə salam vermədən sakit tərzdə” daxil oldu”. “Barselona”da gənc komandalarda yeni gələnlərə həmişə sual verirlər: “Hansı mövqedə oynayırsan?”. 2002-ci ilin fevralında bu sualı Radolf Borrel Messidən bütün komandanın qarşısında soruşdu. Heç gözlərini yerdən qaldırmadan Leo sakit səslə cavab verdi: “Hücumçu kimi”. Daha sonra səssizcə o, otağın küncünə gedərək orada sakitcə oturdu.

Messi ilə eyni gündə komandaya gələn Roje Qribe deyir: “Mən ona təəcübləndim. Mən anlayırdım ki, mənim fiziki inkişafım klubun qapılarının açılmasına gətirdi. Boyum 170 sm idi 12 yaşında, lakin o, heç 150 sm deyildi”. Roje buna 15 il sonra belə təəcüblənir.

Borrel daha sonra uşaqlara dedi ki, Messi “10 nömrə” olub və “uzaqdan gəlib bura” və “çox xüsusi birisidir”, deyə Valyente davam edir. “O vaxta qədər hələ “La Masia”ya uzaqdan gələn oyunçular olmamışdı”. Messi istisna idi və hətta o zaman oyunçular onun topla oyununu görmədən belə bu cür düşünürdülər.

Tezliklə “İnfantil B” onu meydanda gördü və Valyente xatırlayır: “İlk gün onu Sesk Fabreqasla hücumda oynatdılar”. Bu haqda heç bir təəcüb yoxdur. “Sesk istedadlı idi. O, oyunu oxumaqda usta idi, çünki  o, heç zaman “rondo”da yaxşı mövqe tuta bilmirdi, lakin yenə də topu oğurlamağa müvəffəq olurdu

O gün, bununla belə, oyunçular tamamilə yeni bir şey gördülər. Valyente davam edir: “Bizə həmişə göstərirdilər ki, bir-iki toxunuşla oynayaq. Gənc yaşdan, bizə topun kontrolu və pasları öyrədirdilər, nəticədə top sürətlə hərəkət edirdi. Lakin, birdən bir uşaq gəlir və o, dörd-beş toxunuşla topla eyni sürətdə hərəkət edə bilir”.

Bununla belə, onlar bunu tam ikitərəfli oyunda görmək istəyirdilər. İyirmi ildən çox “Barselona”nın futbol inkişafı üzrə əfsanəvi başçısı Albert Benayqes özünün “Libero” kitabında xatırlayır: “Biz tələsməli idik, çünki əgər o, həmin iki oyunda oynamasaydı, o zaman 18 yaşdan aşağı olan milli kateqoriyada oynamaq imkanı olmayacaqdı.

İlk oyunu 7 mart 2001-ci ildə “Amposta”ya qarşı oldu və o, qol vurdu. Bununla belə, bir həftə sonra onun karyerası təhlükə altında idi, “Tortosa”ya qarşı səfər oyununda onun fibula sümüyü qırıldı. Bu günə qədər bu onun aldığı ilk və son sınığıdır. Lakin, o gənc yaşda, bu, “Barselona”da təhlükə siqnalları çaldı və bir şey aydın idi: Messi bir daha heç vaxt “İnfantil B”də oynamayacaq.

O, zədədən qayıtdıqdan sonra, Leo “İnfantil A”da oynamağa başladı və zədədədn iz belə qalmamışdı. Və yenə də o, az oyun üçün qatıldı, çünki Borrel və Benayqes tez bir zamanda onu 2002-ci ildə “Kadet B” (16 yaşdan aşağı kateqoriya) komandasına yazdırdı. Məhz bu komandada o, əsl oyununu göstərdi.

“O vaxta qədər o, uzun zaman birlikdə olduğumuz soyunub-geyinmə otağında görünməzdi”, Robert Françın qardaşı və “Kadet B” komandasının qapıçısı Roje Franç danışır. “Biz çox dinamik bir qrup idik, lakin o, həmişə bir küncdə sakit və tək olardı”.

Məşqdə isə vəziyyət fərqli idi. “O, çox vaxt bizi əsəbləşdirərdi, çünki ona qarşı oynamaq çox çətin idi”, Roje əlavə edir. “Sən özünə sual verərdin, bunu etmək üçün sən yetəri qədər yaxşısanmı?” Qardaşı müdafiəçi olan Robert deyir: “Görəndə ki, bu uşaq bizdən həm fiziki, həm də mental çəhətdən bir neçə baş üstündü, biz digər müdafiəçilərlə qərara gəldik ki, ona bir neçə zərbə endirək və görək nə baş verir. Lakin, fərq etmirdi.. O, o qədər cəld idi ki, bizim heç onu vurmaq imkanımız olmurdu.

Ümidsiz qalaraq, Robert anlatır: “Sən onun dalıyca qaşırsan və onu yıxmaq, vurmaq və ya zərbə endirmək istəyəndə, artıq görürsən ki, o, səni geridə qoyub və növbəti müdafiəçiyə tərəf gedir. O, həmişə maşın olub və indi də elədir – məşqdə, texnikası ilə, sağalmada və oyunlarda”. Robert və digər mərkəz müdafiəçiləri çalışırdılar ki, təkbətək məşqlərdə ondan yan keçsinlər və qarşılaşmasınlar. “Çünki biz bilirdik ki, biz nə etsək belə, heç topun səsini belə eşidə bilməyəcəyik.

O zaman “Kadet B”nin qapıçısı və indi “Kartaxena”da oynayan Pau Torres buna inana bilmirdi: “O, məşqə ağzını belə açmadan gələrdi, bizi səssiz qoyardı və daha sonra evə qayıdardı. Hamısı da təbii şəkildə”.

Robert yekunlaşdırır: “Hərdən fikirləşərdin ki, onu dayandırmağın yeganə yolu tüfəngi çıxarıb ona atəş açmaqdır, lakin hətta bundan sonra hiss var idi ki, qaqaş topla birlikdə güllədən yayınacaq”. Bu, 13 yaşlı Messi idi.

Bununla belə, o, çox qapalı idi. Bu hal komandanın Venesiyaya turnir üçün səfərinədək davam etdi və orada Messi “buzları qırdı”. “O, ilk zarafatlarını etməyə başladı”, Valyente xatırlayır. “O, o dərəcədə utancaq idi ki, buna qədər heç kimlə danışmamışdı”. Daha sonra Leo “La Masia”nın mirvarilərindən biri və onun gənc komandalarda ən yaxşı komanda yoldaşı Viktor Vaskeslə dostluq etməyə başladı. Həmçinin, onlar məktəbdə də sinfi yoldaşı idilər.

Məhz Venesiyada komanda yoldaşları onu “enano”, həni “cırtdan/karlik” kimi çağrımağa başladılar. “Baxmayaraq ki, biz onu uzun müddət bu cür çağırdıq, lakin bunu Venesiyaya səfərədək etmədik və orada qarşılıqlı anlaşmaya da məhz venesiyada gəldik”, hücumçu Roje Qiribe xatırlayır. “Hətta əsas komanda ilə o, debüt edəndə, o, bizi görmək üçün “La Masia”ya gəlmişdi və biz ona dedik: “Cırtdan, sən yaşlılarla necə bacarırsan?” və gülməkdən partladıq. “Ola bilər şəxsi danışanda o, bizdən gileylənirdi, lakin həmişə komanda yoldaşları ilə mehriban idi və düşünürəm ki, indi də elədir. Hiss edirəm ki, əgər biz onunla sabah görüşsək, o bizi qucaqlayacaq və elə bil 15 ilin keçmədiyi kimi olacaq”.

1987-ci il nəsli demək olar birlikdə 2002-2003-cü mövsümdə birlikdə “Kadet A”ya keçdilər və “La Masia”da bütün zamanların ən yaxşı komandalarından biri kimi tairxə düşdülər. Orada onlar Tito Vilanova və Aleks Qarsiya ilə çalışdılar. Bununla belə, hər şeyin bir sonu var və mövsümün sonunda Sesk “Arsenal”a keçdi, bir il sonra Xerar Pike “Mançester Yunayted”ə üz tutdu.

Messi isə irəliləməkdə davam edirdi, “Xuvenil A”dan (19 yaşdan aşağı) “Barselona C”yə (artıq bu kateqoriya yoxdur) yüksəldi və daha sonra “Barsa B”yə. Bütün bunlar bir il ərzində baş verdi. 16 yaşında o, əsas komanda ilə debüt etdi və 17 yaşında o zaman dünyanın ən yaxşı oyunçusu Ronaldinyonun “qanadı altında”artıq əsas komandanın tam hüquqlu üzvü idi.

Qiribe xatırlayır: “Onu tanıyan və onunla oynayan həç kim onun yüksək və möhtəşəm texniki istedadına təəcüblənməmişdi, ən təəcüb doğuran şey onun tez zamanda yaşadığı duruma tez adaptasiya olması idi. Messi on il əvvəl sürətlənib və kiçik yerdə topu itirmədən sürət yığmaq bacarığına sahib idi və illər keçdikdən sonra o, həlledici olmaqla son zərbəni endirmək və ya son həlledici ötürməni etmək kimi digər keyfiyyətlərlə öz oyununu yenilədi. O, bunu son illər göstərir. Karyerasının hər mərhələsində, o, onun ən yaxşı və xeyirli kəramətliyi nə olduğunu tapmaq qabiliyyətində olub və bunu da kollektivə adaptasiya edirdi, on ildən çox ən yaxşı olmağa davam edir. Çünki gənc komandalardan indiyədək, o, həmişə ən yaxşı olub.

Qiribe düşünür ki, Messi digər oyunçulardan fərqli olaraq, təzyiqdən təsirlənməyib. “O, təzyiqin nə olduğunu bilmir. Bir çox istedadlı oyunçular var ki, onlar özlərini aça bilmirlər, çünki təzyiqə tab gətirə bilmirlər. 1500 azarkeş qarşısında oynayan zaman mənim ayaqları titrəyirdi və onun üçün isə Çempionlar Liqasının finalında və ya bağda oynamaq arasında fərq yoxdur”.

Valyente razılaşır: “Onu tanıyan biriləri kimi onun gənc yaşında əsas komandada oynamasını görmək təəcüblü deyildi, əsas təcəübləndirən şey onun inkişafının hər mərhələsinə necə düzgün adaptasiya olması idi”. Torras əlavə edir: “O, həmişə qarşısıalınmaz oyunçu olub və onun qarşısını almaq üçün heç bir formlua olmayıb”.

Təxminən 15 il sonra İspaniya və Avropanın bir çox top komandaları bu haqda biləcəkdilər. O, o vaxt da qarşısıalınmaz olub, indi də qarşısıalınmazdır və o, “Barselona” tarixini dəyişdi. Əfsanə davam edir.

Mənbə: goal.com
© www.fcbaze.com 2017.

525 baxış