Kantona Neymarı tənqid etdi

“Mançester Yunayted”in və Fransa yığmasının sabiq üzvü Erik Kantona Neymarı tənqid edib. Offside.com.az xəbər verir ki, veteran futbolçu braziliyalı forvardın “Barselona”nı PSJ-yə dəyişməsini anlamadığını bildirib:

“25 yaşlı biri Braziliya millisinin və “Barselona”nın aparıcı üzvüdürsə, dərhal sual yaranır: o, Fransaya niyə köçüb? “Amyen” və ya “Genqam”a qarşı oynamaq üçün?

Çempionlar Liqası bəhanə ola bilməz. Orda mövsüm ərzində 10 oyun keçirirsən. Neymarın hərəkətini anlamıram. Məncə, futbola qarşı ehtiras belə olmamalıdır”.

45 baxış