İngilislər “Qarabağ”ı siyahıdan sildi

“Qarabağ”ın Çempionlar Liqasında qrupdan çıxmaq şansı sıfıra bərabərdi”. Offside.com.az saytı xəbər verir ki, bu iddia ilə İngiltərə mətbuatı çıxış edib.

Həmkarlarımız Çempionlar Liqasında sona 2 tur qalmış qruplardakı vəziyyəti təhlil ediblər. Azərbaycan çempionunun yer aldığı C qrupunu ən rəqabətli və çətin qrup hesab edən britaniyalılar “Qarabağ”ın “Atletiko”nu büdrətməsini xüsusi vurğulayıblar.

1/8 final mərhələsinə kimin nə qədər şansı olduğunu təhlil edən sayt ağdamlıları bu siyahıda görməyib: “Çelsi”, “Atletiko”, “Roma” və “Qarabağ”ın yer aldığı qrup ən çətinidi. Bu qrupda ən böyük sürpriz “Atletiko”nun nəticələridi. İspaniya klubu son iki ildə yarımfinala qədər irəliləməyi bacarıb. Hazırda isə ikinci yerdə gedən “Çelsi”dən 4 xal geri qalırlar və növbəti mərhələ şansları çox azdı. Bu baxımdan “Roma” və “Çelsi” bir addım öndədi. Xüsusən də, məğlubiyyətsiz irəliləyən “Roma” “Çelsi” üzərindəki son qalibiyyətlə qrupun liderliyi üçün əsas favorit olduğunu göstərib”.

Qeyd edək ki, C qrupunda V turun matçları noyabrın 22-də keçiriləcək. Həmin gün “Qarabağ” “Çelsi”ni, “Atletiko” isə “Roma”nı qəbul edəcək.

apasport.az

3. 538 baxış