Falkao qayıtdı

“Monako”nun futbolçusu Radamel Falkao zədəsini sağaldıb. Offside.com.az xəbər verir ki, kolumbiyalı hücumçu komanda ilə ümumi məşqlərə başlayıb. Onun adı Fransa Liqasının 13-cü turunda “Amyen”lə oyunun sifariş ərizəsinə daxil edilib.

Qeyd edək ki, R.Falkao ötən ay zədələnmişdi.

Əlavə edək ki, “Amyen” – “Monako” görüşü bu gün keçiriləcək.

25 baxış