“Di Maria kluba forma satışlarını artırmaq üçün lazım idi”

“Mançester Yunayted”in sabiq tərcüməçisi Debora Qomez 2014-cü ildə Anhel Di Marianın transferində, ilk növbədə iqtisadi mənfəətin hədəfləndiyini bildirib. Qomezin sözlərinə görə argentinalı yarımmüdafiəçinin transferi forma satışını xeyli artırıb.

“Klubda çalışanlardan eşidirdim ki, Di Maria gələcəyi halda çox futbolka satılacaq. Onun “United”də xoşbəxt olmaması bu səbəblə bağlıdır. Di Marianın adaptasiya problemləri vardı. Klubda heç kimlə ünsiyyət qura bilmirdi. Həm də başa düşmüşdü ki, onu forma satışlarını artırmaq üçün transfer ediblər.

Ser Aleks Ferqyussonun gedişindən sonra klub futbla marağını itirmişdi. Pul onlar üçün birinci yerdə idi. Kimisə transfer etməzdən öncə düşünürlər: “Bizə kim mənfəət qazandıra bilər?”. Onları hobbi, yəni satış maraqlandırır”.

2014/15 mövsümündə Di Marianın futbolkalarının satışı ümumi bazarın 9.59%-ni təşkil etmişdi. Bu göstərici Aleksis Sançez və Diyeqo Koştanın forma satışından çox olmuşdu.

goal.az

56 baxış