“Çelsi” Bakıya böyük bir azarkeş kütləsi ilə gəlir

Çempionlar Liqasının qrupunda “Qarabağ”la qarşılaşacaq “Çelsi” Bakıda tək qalmayacaq. Offside.com.az xəbər verir ki, londonluları Bakıda xeyli sayda azarkeş dəstəkləyəcək.

Qarşılaşmanı izləmək üçün Britaniyadan bura 1000 nəfər azarkeş gələcək. Onlar 306 və 307-ci sektorlarda yer alacaqlar.

Qeyd edək ki, sözügedən qarşılaşma noyabrın 22-i saat 21:00-da start götürəcək.

futbol11.az

97 baxış