“Batşuayi gey olduğunu açıqlayan ilk futbolçu olacaq” iddiasına sərt təpki

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi”də hücumçu Mişi Batşuayi diqqət mərkəzinə düşüb. Offside.com.az xəbər verir ki, belçikalı forvard bu dəfə sosial şəbəkə vasitəsilə yerli jurnalistlərdən birinə sərt cavab verməklə yadda qalıb.

Belə ki, tvitterdə fəallığı ilə seçilən 24 yaşlı forvard “The Chelsea Daily” saytının paylaşımını cavabsız qoymayıb. Məsələ burasındadı ki, saytın əməkdaşı tvitter vasitəsilə “Batşuayi Premyer Liqada gey olduğunu açıqlayan ilk futbolçu olacaq”, yazaraq paylaşıb.

Batşuayinin buna cavabı isə ağır olub. Çempionlar Liqasında qrup mərhələsinin “Qarabağ”la ilk matçında (6:0) londonluların qollarından birinin müəllifi olan futbolçunun gey olduğu ilə bağlı iddiaya cavabı birmənalı qarşılanmayıb: “Anan belə, bunun yanlış olduğunu bilir”.

Qeyd edək ki, “Çelsi” Çempionlar Liqasında növbəti matçını noyabrın 22-də “Qarabağ”a qarşı keçirəcək. Hazırda zədədən əziyyət çəkən Batşuayinin Bakıya gəlib-gəlməyəcəyi sual altındadır.

apasport.az

2. 497 baxış