İtaliya millisini Qrosso çalışdıracaq?

Sabah İtaliya Futbol Federasiyasında təcili toplantı keçiriləcək. Offside.com.az xəbər verir ki, iclasda yığmanın baş məşqçisi Campyero Venturanın postundan qovulacaq.

Onu əvəzləyə biləcək məşqçi kimi “Bari”nin çalışdırıcısı Fabio Qrossonun adı çəkilir. Veteran müdafiəçi 2006-cı ildə futbolçu kimi dünya çempionu titulunu qazanıb.

Xatırladaq ki, İtaliya millisi pley-offda İsveçə uduzmaqla DÇ-2018-dən kənarda qalıb.

qol.az

39 baxış