Vaqif Cavadovun taleyi necə olacaq?

Vaxtilə bir müddət Azərbaycan futbolunun zirvəsində olan Vaqif Cavadov indi kölgəyə çəkilib. Milli komandanın və  iddialı klubların sabiq üzvü hazırda müqavilə ilə heç bir kluba məxsus deyil.

Hələ Zaur Svanadze işləyəndə və klub “İnter” adlananda düşərgəyə qoşulan Vaqif Cavadov dəyişikliklərdən sonra da yerində qalıb. Belə ki, məşhur Cavadovlar nəslinin nümayəndəsi hazırda “Keşlə” adı altında mübarizə aparan və Ramiz Məmmədovun başçılıq etdiyi komandanın hazırlığına qatılır. Klubdan verilən məlumata görə, onunla müqavilə imzalanıb-imzalanmayacağına qış fasiləsində qərar veriləcək.

Qeyd edək ki, Vaqif Cavadov vaxtilə Kaxaber Sxadadzenin başçılıq etdiyi “İnter”in kapitanı olub.

futbol11.az

31 baxış