Torres İngiltərəyə qayıda bilər

“Atletiko”nun futbolçusu Fernando Torres yenidən İngitlərə Premyer Liqasında çıxış edə bilər.

Offside.com.az xəbər verir ki, ispaniyalı hücumçu ilə “Nyukasl” və “Sauthempton” yaxından maraqlanır.

Torresin də İngiltərəyə qayıtmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir. Bu mövsüm Madrid klubunun heyətində yalnız iki oyunda start heyətdə meydana çıxan 33 yaşlı futbolçu Premyer Liqaya qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Torres əvvəllər İngiltərənin “Liverpul” və “Çelsi” klublarında çıxış edib. O, iki komandada ümumilikdə 212 oyuna 85 qol vurub.

qol.az

32 baxış