“Qalatasaray”da son xəbərlər: 6 futbolçu göndərilir, 4 futbolçu alınır

“Qalatasaray” klubu qış transfer pəncərəsində transfer işlərini sürətləndirəcək. Offside.com.az xəbər verir ki rəhbərliklə baş tutan iclasda İqor Tudor öncəliklə sol cinah müdafiəçisi transferinin vacibliyini bildirib. “Cimbom”un heyətinə qatmaq istədiyi 4 əsas transfer bunlardır:

Arda Turan, Kaan Ayhan, Emre Akbaba, Kvadvo Asamoah

Dursun Özbək və Tudor arasında keçirilən görüşdə komandadan göndəriləcək futbolçular da müəyyənləşib:

Hakan Balta, Naycel De Yonq, Rayn Donk, Tarık Çamdal, Emrah Başsan

İstanbul nəhəngi həmçinin yaxşı bir təklif gələcəyi halda Sinan Gümüşü icarəyə verməyi planlayır.

1. 818 baxış