Millimiz Kosovo ilə bacarmadı

21 yaşadək futbolçulardan ibarət milli komandamız Avro-2019-un seçmə mərhələsində növbəti oyununa çıxıb. Offside.com.az xəbər verir ki, Samir Ələkbərovun komandası Bakıda Kosovonu qəbul edib.

Seçmə mərhələdə keçirdiyi 4 oyunun hamısında uduzan yığmamız bu görüşdə qolsuz heç-heçə ilə ilk xalını qazanıb. Komandamız matçı 9 nəfərlə tamalayıb. Görüşün son dəqiqələrində Anton Krivotsyuk və İlkin Sadiqov qırmızı vərəqə alıb.

14 noyabr

18:00. Azərbaycan – Kosovo – 0:0
Qırmızı vərəqələr: Anton Krivotsyuk, 88, İlkin Sadiqov, 90+5 (Azərbaycan)
Baş hakim: Roomer Tarajev
Baş hakimin köməkçiləri: Hannes Reinvald, Neeme Neemlaid
Dördüncü hakim: Eiko Saar (hamısı Estoniya)
Bakı. “Dalğa Arena” stadionu

Qol.az

38 baxış