“Mançester Yunayted”in sabiq futbolçusu ağır xəstəliyə tutuldu

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Liam Millerdə ağır xəstəlik aşkarlanıb.

Offside.com.az xəbər verir ki, 36 yaşlı irlandiyalı yarımmüdafiəçinin mədəaltı vəzi xərçəngindən əziyyət çəkdiyi məlum olub. Artıq bir sıra klub və futbolçular sosial şəbəkə vasitəsilə Millerə dəstəklərini nümayiş etdiriblər. “Qırmızı şeytanlar”ın rəsmi “twitter” hesabında da üzücü xəbərlə bağlı paylaşım edilib. İngiltərə təmsilçisi bəyan edib ki, klub olaraq hazırda ABŞ-da müalicə alan futbolçunun və onun ailəsinin yanındadırlar.

Qeyd edək ki, Miller 2004-06-cı illərdə “Mançester Yunayted”də çıxış edib. O, ötən il karyerasını başa vurub.

44 baxış