Kamran Ağayev karyerasını Azərbaycanda davam etdirə bilər

“Mlada Boleslav”da işləri qaydasında getməyən Kamran Ağayev dövrələrarası fasilədə Çexiya təmsilçisindən ayrılacağını xəbər vermişdik. Offside.com.az-ın əldə etdiyi məlumata görə o, karyerasını Azərbaycanda davam etdirə bilər.

Belə ki, Ağayev sabiq klubuna – “Keşlə”yə qayıda bilər.

Qeyd edək ki, Kamran daha əvvəl 2016-cı ildə yanvardan maya kimi bu komandanın şərəfini qoruyub.

futbol11.az

747 baxış