Droqba gedəcəyi vaxtı açıqladı

Didye Droqba karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Offside.com.az xəbər verir ki, afrikalı hücumçu bu barədə “Ekip” nəşrinə açıqlama verib.

Hazırda karyerasını ABŞ-ın 3-cü liqa təmsilçisi “Finiks Rayzinq”də davam etdirən Droqba 2018-ci ildə futbolla birdəfəlik vidalaşmağı düşünür.

“Yəqin ki, növbəti ilə mənim üçün sonuncu olacaq. Hardasa dayanmaq lazımdı” – deyə 39 yaşlı forvard bildirib.

Qeyd edək ki, karyerasının böyük qismini “Çelsi”də keçirmiş Didye London təmsilçisi ilə 4 dəfə Premyer Liqa, bir dəfə Çempionlar Liqası çempionu olub.

apasport.az

49 baxış